Spermanı artıran Portağalın bilmədiyiniz 10 FAYDASI – Kimlərə olmaz?

  • 29 Noy 2019 19:28
  • 8075 Baxış
Spermanı artıran Portağalın bilmədiyiniz 10 FAYDASI  – Kimlərə olmaz?
Portağalın vətəni əslində Çin elan edilsə də, tarixi mənbələrdə Cənubi Amerika və Aralıq dənizi ölkələri ərazisində qədimdə belə ağacın olması barədə məqamlar var. 


Portağalın tərkibində: beta karotin, fol turşusu, B qrup vitaminləri, C, PP, H vitaminlər, maqnezium, sink, dəmir, fosfor, kalium, kalsium, pektinlərlə zəngindir. 


Portağal daha çox C vitamini mənbəyi, avitaminoza qarşı və immunitet möhkəmləndirici kimi tanınır, amma onun konkret xəstəliklərdə təsiri var ki, bir çoxlarınız bunu bilmir.


Medicina.az portağalın fərqli faydalarını təqdim edir.


1. Kalsiumla zəngin olduğu üçün sümükləri möhkəmləndirir, damar tutulmasını əngəlləyir, aterosklerozun qarşısını alır

2.Orqanizmdə natrium –kalium balansını tənzimləyir, ona görə damarlarda xolesterin tıxanıqlığını əngəlləyir, ürək-damar sistemini sağlam tutur

3.Revmatoid artrit xəstələri üçün vacibdir. 


4. Uşaq və böyüklərdə nevroloji xəstəlik və qüsurlar zamanı çox yeyilməlidir. Çünki B9 vitamini beyni aktivləşdirir. 

5.Portağalda xoşbəxtlik maddəsi var. Depressiyada, nevroz, pis əhval ruhiyyədə yeyilsə, stresi azaldır


6.Katarakta, görmə zəifliyinə qarşı -  gözdə makulyar degenerasiyanın, yaşlanma ilə bağlı dəyişiklik və zəifliklərin qarşısını alır. Şəkər xəstələrinə vacibdir, göz membranını qoruyur

7. Ağciyər və bronxları təmizləyir, respirator xəstəliklər zamanı tənəffüsə yardım edir, bəlğəmi yumşaldıb çıxarır. 

8.Astma xəstələri üçün yaxşıdır, çünki tutma simptomlarını yüngülləşdirir. 


9.Böyrəklərdə daş yaranmasının qarşısını alır, sidik yollarını təmizləyir, selikli qişasını bərpa edir

10.Cinsi aktivlik, hamiləlik üçün orqanizmə dəstək verir.  Kişilərdə spermanın keyfiyyətini yaxşılaşdırır, qadınlarda fol turşusu defisitini azaldır, dölün sağlam inkişafına lazımdır.


Kimlərə çox portağal yemək olmaz?


Mədə-bağırsağında xora, qastrit, yara, qanaxma riski olanlara olmaz. Şəkər xəstələri də gündə 1 ədəddən  çox yeməməlidir. 

Eləcə də azyaşlı uşaqlarda allergiyadan ehtiyatlı olun. Çox miqdarda yemək ciddi allergik reaksiya verə bilər

 



Spermanı artıran Portağalın bilmədiyiniz 10 FAYDASI  – Kimlərə olmaz?