Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Stomatoloq ağıl dişini özü çıxardı - Videoya çəkdi

  • 2017.10.05 17:23
  • 15200 Baxış
Stomatoloq ağıl dişini özü çıxardı -  Videoya çəkdi
Surqutlu stomatoloq Rüstəm Yahyayev öz ağıl dişini çıxardaraq prosesi videoya çəkib və instagram səhifəsində izləyicilərlə paylaşıb.  


Medicina.az xəbər verir ki, həkim özünə keyidici iynə vurub və günlərlə onu incidən ağıl dişini çəkib çıxarıb.


Bununla pasiyentlərə həkimin də eyni proseslərdən keçdiyini, ağrı və qan gördüyünü göstərib.


"Öz dişimi çəkmək mənim üçün çətin deyil. Amma bundan ilhamlanıb kimsə öz dişini çəkməsin”, - deyə həkim bildirib.


Stomatoloq təkbaşına öz dişini çıxartmağın həkim üçün də riskli olduğunu bildirib.