Təbii doğuş zamanı uşağın boynu sındı

  • 2024.02.12 16:33
  • 1461 Baxış
Təbii doğuş zamanı uşağın boynu sındı
Təbii doğuş zamanı həkim səhlənkarlığı nəticəsində körpənin başı ağır zədə alaraq ölüb.




"Medicina" xəbər verir ki, 21 yaşlı Cessika doğuş zamanı həkimin təkidi ilə normadan artıq güc verib, uşaq uşaqlıq yolunda çox qaldığı üçün həkim uşağın başından tutaraq dartıb. Nəticədə uşağın boynu qopub.



Uşağının öldürülməsi ittihamı ilə ailə xəstəxana və həkimə qarşı iddia qaldıraraq, cinayət işi açılmasını tələb ediblər.

Xəstəxanada tibbi sənədləri saxtalaşdırmağa çalışsa da, məhkəmə tibbi ekspertiza uşağın qətlə yetirildiyini qəbul edib.


Burda həkim səhvi yox, bilərəkdən uşağın ölümünə səbəb olma üzrə hallar araşdırılacaq.


Aygün Musayeva