Tərləmə, başgicəllənmə, qorxu, titrəmə - Qanda şəkəriniz düşə bilər

  • 2020.10.16 17:23
  • 2961 Baxış
Tərləmə, başgicəllənmə, qorxu, titrəmə  - Qanda şəkəriniz düşə bilər

Qanda şəkərin normadan aşağı olması orqanizm üçün ağır fəsadlar verə bilər. O, qəfildən bayılmadan tutmuş daimi nevrozluq, təşviş və qorxuya kimi yaradır.


Medicina.az xəbər verir ki, tibdə hipoqlikemiya adlanan bu simptom çox zaman diabet xəstələrinə xas olsa da, diabet olmayan insanlarda da, xüsusən çox çalışan, az yeyən gənclərdə rast gəlinir.

Qanda şəkərin düşməsinin əlamətləri:

Qanda şəkər düşməsi o zaman hesab edilir ki, o, 60 milliqramdan aşağı düşsün. Şəkər ölçən aparatda göstərici 3,5-dən aşağı ensin.

Yüngül və orta əlamətlər:

- Kəskin aclıq, susuzluq hissi
- Qorxu, təşviş, ürək sıxılma
- Tərbasma
- Başgicəllənmə
- Yorğunluq
- Baş ağrısı
- Görmənin bulanması
- Dərinin avazıması, rəngin qaçması
- Nevozluq
- Qıcıqlanma
- Sürətli ürək döyünmə
- Diqqət pozulması

Ağır simptomlar:

- Huşun itməsi. yıxılma
- Qıcolmalar, əl-ayaq titrəməsi
- Su içmək. yemək qabiliyyətinin itməsi
- Sayıqlama

Diabet olmayan insanlarda şəkərin düşməsi bu səbəblərdən baş verir:

- Uzun saat, fasilə ilə ac və susuz qalma
- Ağır fiziki iş
- İçki, alkoqol
- Bəzi dərmanların təsiri
- Az miqdarda karbohidrat, şəkər qəbulu
- Pəhrizlər, acqalma
- Preddiabet
- Bəzi qaraciyər, mədəaltı vəz xəstəlikləri
- Əməliyyatdan sonra


Diaqnostika üçün qanda gizli şəkər, insulin dirənçi, aclıq, toxluq şəkəri, mədəaltı vəz analizləri verilə bilər. Bu problemlə həkim endokrinoloqlar məşğul olur.



Qanda çəkəri düşən insana təcili yardım dərhal göstərilməlidir. Bu zaman ona şirin su, qida, şəkər, qənd, qlükoza verilməlidir

Qanda qlükoza və insulinlə bağlı bütün analizləri Medi Plus klinikasının yeni laboratoriyasında verə bilərsiz
Medicina.az oxucuları üçün xüsusi olaraq 20% endirim olunacaq



Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.

Tel: 055 252 45 94;
012 434 59 36