Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Toppuş bacı yenidən xəstəxanaya yerləşdirildi - Kimya və şüa terapiyası başlanılır

  • 2018.08.20 16:16
  • 9111 Baxış
Toppuş bacı yenidən xəstəxanaya yerləşdirildi -  Kimya və şüa terapiyası başlanılır

Xəbər verdiyimiz kimi, əməkdar artist Tünzalə Əliyeva xərçəngdən əziyyət çəkdiyi üçün əməliyyat olunmuşdu.



Medicina.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, əməliyyatdan bir neçə gün sonra evə buraxılan aktrisanın səhhəti yenidən pisləşib.



"Toppuş bacı” ləqəbli aktrisa saytımıza bildirib ki, yenidən bədxassəli şiş aşkarlanıb və hazırda xəstəxanadadır:



"Uşaqlıq yolunda bədxassəli şiş kəsildikdən sonra yenidən analiz vermişdim. 38 limfa vəzindən nümunələr götürülüb əkildi. Limfadan 37-si yaxşı çıxdı. Amma birində yenidən şiş aşkarlandı. Özü də bədxassəlidir. Bu gün xəstəxanaya yerləşdirildim. Əvvəl həkim deyirdi ki, ancaq şüa alacam. İndi məcburən kimyaterapiyaya da başladıq. 6 kimyaterapiya, 25 şüa qəbul edəcəm”.