Türkiyəli prof. Dr. Oytun Erbaş son açıqlaması ilə diqqət çəkib.
Medicina.az xəbər verir ki, bu dəfə seksuallıqdan danışan Erbaş, "Toyuq dönəri seksuallığa mənfi təsir edirmi?"sualına cavab verib.
Toyuq dönərinin seksuallığa heç bir təsiri olmadığını deyən Erbaş, "Birinci mif yalandır. Toyuqlarda hormonlar olduğunu yazırlar. Belə bir şey yoxdur. Toyuğun tərkibində yüksək protein var. Yüksək protein yeyirsinizsə, orqanizm onu hər zaman saxlaya bilməz. Buna görə də protein orqanizm üçün zərərlidir. Tez qocalır və böyrəkləri yorur. Testisləri zədələyir. Kişilərdə baş verənlər testosteron çatışmazlığıdır. Yediyiniz toyuqdan deyil, yediyiniz proteindəndir".
Aygün
Medicina.az