Türk professor Çin vaksininin yan təsirlərini- AÇIQLADI

  • 21 Yan 2021 19:01
  • 853 Baxış
Türk professor Çin vaksininin yan təsirlərini - AÇIQLADI


Türkiyədə Qazi Universitetinin Tibb fakültəsinin dekanı, professor Mustafa Necmi Azərbaycanda da istifadə olunan Çin peyvəndi barədə danışıb.

Medicina.az xəbər verir ki, o Türkiyədə koronavirusa qarşı tətbiq edilən “CoronaVac” peyvəndinin ciddi yan təsirlərinin olmadığını deyib:

“Bu zamana qədər peyvəndlə bağlı yan təsirlər ən çox inyeksiya olunan yerdə qızartı, ağrı, narahatlıq, bəzən də halsızlıq və baş ağrısıdır. Bunlardan başqa ciddi yan təsirlər qeydə alınmayıb”.

Onun sözlərinə görə, peyvənd olunmaq üçün ən yaxın tibb müəssisəsini seçmək və əvvəldən növbəyə yazılmaq lazımdır.

Qeyd edək ki, bu gün Türkiyədə 85 yaşdan yuxarı şəxslər evlərində peyvənd olunurlar.