Türkiyədə qadının estetik əməliyyatdan sonra gözləri çürüdü

  • 2023.07.18 13:07
  • 1871 Baxış
Türkiyədə qadının estetik əməliyyatdan sonra   gözləri çürüdü
Türkiyədə əmlakçı Sibəl Meriçin tanınmış estetik cərraha etdirdiyi əməliyyat nəticəsində gözlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.


Səbəb isə estetik əməliyyat zamanı gözünə kimyəvi maddə düşməsidir. O, əməliyyat üçün 1 milyon lirə ödəyib.


“Medicina” xəbər verir ki, Sibel Meriçin sözlərinə görə, əməliyyat uğurla keçsə də, gözlərinə düşən kimyəvi maddə nəticəsində, gözlərində əməliyyatdan sonra ağrılar, yanma hissləri günü – gündən çoxalmağa başlayıb.


Həkimlər narkoz nəticəsində bu halların baş verməsini desə də, sonradan gözlərinin rəngi qəhvəyidən, mavi və yaşıla çalmağa başladı.


“Sonradan dəfələrlə əməliyyat oldum. Hətta bir gözün tikilərək bir ay müddətinədə bağlı qaldı. 250 min lira pul xərcləməyimə baxmayaraq, hələ də müayinə və müalicə davam edir” – deyə qadın şikayət edir.

Onun gözlərinin kor olmasına səbəb olan həkim isə onunla maraqlanmır. Elədiyi səhvini belə düzəltmək istəmir. Bu səbəbdən Sibəl hüquq orqanlarına müraciət edib. Araşdırmalar davam edir.

Günay Quluzadə