Ürək vurğularının sayı nə qədər yaşayacağınızı göstərir – Hansı göstərici təhlükəlidir?

  • 10 Yan 2020 17:46
  • 7806 Baxış
Ürək vurğularının sayı nə qədər yaşayacağınızı göstərir –  Hansı göstərici təhlükəlidir?

İnsanın ürəyinin ritmi, yəni nəbzin, vurğuların sayı onun ürəyinin vəziyyəti ilə yanaşı, gələcəkdə hansı problemlərlə üzləşəcəyini və az və ya çox yaşayacağını da təxmin etməyə imkan verir.


Medicina.az xəbər verir ki, İsveç və Çin alimlərindən ibarət beynəlxalq qrup uzun müddətdir apardıqları araşdırmanın nəticələrində bunu sübut ediblər.

Onlar 1943-cü il təvəllüdlü 800 nəfər insanı 1993-cü ildən onların 50 yaşı olandan izləyiblər. Həyat tərzi, xəstəlikləri, qan və ürək müayinələri ilə yanaşı onların ürəyinin ritmi, yığılıb açılma sayı da bu illər ərzində qeydə alınıb.

İştirakçılar 4 qrupa ayrılıb:

- ürək vurğusu dəqiqədə 55 və az olan
- ürək vurğusu dəqiqədə 55-65 olan
- dəqiqədə 66-75 olan
- dəqiqədə 75-80 və daha yuxarı olanlar

21 il ərzində bu insanlardan əsasən kişilərdən 119 nəfər 71 yaşında vəfat edib.
237 nəfərdə ürək-damar xəstəlikləri yaranıb
113 nəfərdə isə ürəyin işemik xəstəliyi aşkarlanıb.

Nəticələr göstərib, ölən və xəstələnənlərin ürək ritmi 65-75 və daha yuxarı olanlar olub.

50 yaşında ürək ritmi 55 dəfədən çox vuran insanlarda ürək-damar və işemik xəstəliklərdən ölmə riski çoxdur.
Əgər 50 yaşdan sonra ürək ritmində artım və dəyişiklik olmursa, o insanlarda 44% ürək-damar problemindən ölmə riski azalır.

Hesablamalar göstərir ki, ürəyin normadan artıq hər dəfə bir artıq vurması ürək-damar xəstəliklərini 1%, hər hansı xəstəlikdən tez ölmə riskini 2-3% artırır.

Ona görə alimlər ürək vurğularına nəzarət etməyi və vaxtında tədbir görməyi vacib bilir. Qeyd edək ki, hazırda dəqiqədə 90 vurğuya kimi müasir insan üçün normal hesab edilir.

Ürək ritmini stress, iş, yorğunluq, oturaq iş, siqaret və alkoqol pozub yüksəldir.