Vaginal quruluq – Səbəbləri, əlamətləri və müalicəsi

  • 2026.07.15 22:59
  • 177 Baxış
Vaginal quruluq –  Səbəbləri, əlamətləri və müalicəsi

Vaginal quruluq vajinanın kifayət qədər nəmlənməməsi nəticəsində yaranan vəziyyətdir. Bu problem hər yaşda rast gəlinə bilər və gündəlik həyatda, eləcə də cinsi əlaqə zamanı narahatlıq yarada bilər.

Medicina.az əsas səbəbləri təqdim edir:

Menopauza və estrogen hormonunun azalması

Doğuşdan və əmizdirmə dövründə hormonal dəyişikliklər

Bəzi dərmanlar (məsələn, bəzi allergiya və antidepressant preparatları)

Stress və narahatlıq

Bəzi ginekoloji xəstəliklər



Əlamətləri:

Quruluq hissi

Qaşınma və ya yanma

Cinsi əlaqə zamanı ağrı

Tez-tez sidik yolu narahatlığı


Müalicəsi:

Su əsaslı lubrikantlardan istifadə

Vaginal nəmləndiricilər

Həkimin tövsiyəsi ilə hormonal müalicə (lazım olduqda)

Kifayət qədər maye qəbulu və qıcıqlandırıcı gigiyena məhsullarından uzaq durmaq


Əgər vaginal quruluq uzun müddət davam edirsə, tez-tez təkrarlanırsa və ya qanaxma, güclü ağrı və ya pis qoxulu axıntı ilə müşayiət olunursa, mütləq ginekoloqa müraciət etmək lazımdır.

Aygün
Medicina.az