Vitamin E çatışmazlığı - Qocalma və erkən ölümə aparan SƏBƏB

  • 2019.12.20 14:26
  • 7522 Baxış
Vitamin E çatışmazlığı -  Qocalma və erkən ölümə aparan SƏBƏB
Hüceyrə yeniləyici faydası ilə yaşlanmanın və bir çox xəstəliyin qarşısını alan E vitaminin müntəzəm qəbulu sağlamlıq üçün şərtdir.

Medicina.az E vitamininin faydalarını təqdim edir.

-E vitamini güclü antioksidandır və immunitet sistemini gücləndirir.

-Hüceyrə və toxumaları yeniləyici effektə malikdir.

-Yaraların daha tez sağalmasına yardım edir.

-Qanın laxtalanmasına yardımçıdır.

-Arteriya damarlarının divarlarını gücləndirir.

-Qan dövranına müsbət təsir edir.

-Sinir sistemi və əzələlərin bu vitaminə ehtiyacı var.

-Başda katarakt olmaqla göz xəstəliklərinin qarşısını alır. Yüksək qan təzyiqini tənzimləyir.

-Dərini yeniləmə effekti E vitamininin faydaları sırasında ən çox bilinəndir.

-Yaşlanmanı maksimum dərəcədə yavaşladır.

-Yaşlanmayla bağlı dəri ləkələrini aparır. Sağlam bir dəri üçün E vitamini mütləq qəbul edilməlidir.


E vitamini çatışmazlığının əlamətləri:

-Əzələlərdə, qol və ayaqlarda sanki zəiflik, boşalma, uyuşma və keyləşmə hissi – E vitamini çatışmazlığının ən birinci əlamətidir. Uzun müddət defisit olduqda xəstə yeyərkən səndirləyir, axsayır, ayaqlarda, çanaqda ağrılar olur.

-Dərinin qəfildən və tez müddətdə qırışması, quruması, çatlaması, sallanması, pozulması, dəridə qəhvəyi ləkələr – xarici görünüşdə E vitamini defisitinin bariz nümunəsidir.

- Saçların quruması, qırılması, zəifləməsi

-Gözlərin zəifləməsi, oxuyarkən tez yorulma, kəsici ağrı, sanki qum batırmış kimi sancı

-Psixoloji-emosional dəyişkənlik – ağlayıb –sısqamaq, iştahsızlıq, qıcığa qarşı kəskin reaksiya, qışqırmaq

-Cinsiyyət hormonlarının azalması, libidin düşməsi, intim hisslərin olmaması – həm kişi, həm də qadınlarda impotensiya, frigidliyin artması

-Hamilə qala bilməmək, düşüklər, səbəbsiz sonsuzluq


Nələrə səbəb ola bilər?
Vitamin əskikliyi immunitet sistemi, sinir sistemi, göz xəstəliklərinə səbəb ola bilər. Qansızlıq, yaraların gec sağalması, bədəndə su toplanmasının altında yatan səbəblərdən biri də E vitamin çatışmazlığıdır. Ürək və xərçəng xəstəlikləri riskini artıra bilər.

Hansı qidalarda olur?
Buğda, yulaf, kələm, kərəvəz, ispanaq, brokoli, tərə, düyü, cəfəri, kələm, pomidor, yaşıl zeytun, quşqonmaz, kəklikotu, toz acı bibər, kivi, manqo, qoz, fındıq, badam, fıstıq, şam fıstığı, quru ərik, lobya yağı, buğda toxumu yağı, kanola yağı, düyü yağı, günəbaxan yağı, kətan toxumu yağının tərkibində E vitamini var.