Türkiyədə müayinə və müalicənin qısa yolu - ƏN YAXŞI HƏKİM, ƏN SƏRFƏLİ KLİNİKALAR

  • 04 İyun, 2019
  • 5341 Baxış
Türkiyədə müayinə və müalicənin qısa yolu -  ƏN YAXŞI HƏKİM, ƏN SƏRFƏLİ KLİNİKALAR
FAMAX Group Medical Tourism LTD kompaniyası Türkiyədə tibbi turizm sahəsində  yaradılmış böyük şirkətlərdən biridir. Əsas ofisi İstanbulda yerləşən şirkətin Bakı nümayəndəliyi də fəaliyyət göstərir. 

Şirkətin nümayəndələri və məsləhətçiləri tibbi təhsilli olub, bütün çətin və ciddi sual və məsələlərdə professional yanaşma göstərərək, müayinə və müalicənizi yüksək səviyyədə təşkil edir. 

Medicina.az xəbər verir ki, FAMAX səhhətində problem olanlara bu xidmətləri göstərir:

-Şirkət mütəmadi olaraq Türkiyə tibb müəssisələrinin monitorinqini aparır. 
Türkiyədə fəaliyyət göstərən çoxlu sayda klinikalar içərisində ən peşəkarlarını, ən yaxşılarını və ən münasib qiymətə olanları seçir.

-Şirkətin agentləri hər gün klinikalarla əlaqə saxlayaraq, onların tibbi xidmətləri, yenilikləri barədə informasiyanı toplayır.
-Bunun sayəsində müraciət edən vətəndaşlara geniş, hərtərəfli xidmətlər paketi və tam məsləhət təqdim edə bilir.

-Artıq sizin qiymətli vaxtınızı sərf edib araşdırma aparmağa, Türkiyəyə gedib klinika və yaxşı həkim tapmağa ehtiyac qalmır. 
-Çoxsaylı internet saytları, səhifələrini incələməyə, rəylər tapmağa, başqa insanları tapıb həkim soruşmağa gərək yoxdur. 

-FAMAX sizə uyğun klinika tapır, həkimlə danışıqlar aparılır, sizin səfərinizi planlayır və klinikaya ən yaxın oteldə sizi və yaxınlarınızı yerləşdirir.
-FAMAX illərin təcrübəsini sizinlə bölüşərək, sizə ən maksimal effektli tibbi dəstək və yardım göstərir.

Tibbi tur necə təşkil olunur:

1.Müayinə və müalicə olunacağınız klinika və mütəxəssislər sizin sorğunuza uyğun seçilir.

2.Sizin Azərbaycanda bu vaxta kimi keçdiyiniz son tibbi müayinə və analiz məlumatları klinika və həkimə göndərilir. Buna əsasən, müalicə üçün reallığa yaxın plan və qiymətlər təyin edilərək razılaşdırılır.

3.FAMAX Medikal kompaniyasının tibb müəssisələri ilə uzunmüddətli müqaviləsi olduğundan xüsusi endirim imkanı var. Bu müayinələrdən tutmuş əməliyyatlara kimi aiddir.

4.Xidmətlər paketi seçildikdən sonra pasiyentin Türkiyəyə gedişi, müalicəsi təşkil olunur

5.Transfer təşkilatçılığı, otel bron olunması, nəqliyyat, aeroportdan qarşılanma, müşayiət, şirkətin agenti ilə birgə klinikaya gediş – hər şey paketə daxildir. Siz müayinələr zamanı da tək olmayacaqsız. Bütün yaranmış sualları agent klinika ilə birgə həll edir.

6.Prosedurdan sonra sizi otelə geri qaytarırar.

7.Eləcə də ailəvi olaraq müayivə proqramları təklif edilir. CHEK-UP (Çek ap) paketlərindən ən sərfəli olanını Bakıda seçərək, əlavə bonus endirimlər də əldə edərək, istədiyiniz vaxtda Türkiyəyə səfəriniz təşkil olunur.


Nəyə görə Türkiyə səhiyyəsi?

Hər il 500.000 pasiyent Türkiyəyə gələrək, keyfiyyətli tibbi xidmət almaq üçün müraciət edir. 
Türkiyə səhiyyə sistemi  keyfiyyəti, həkimlərin peşəkarlığı, müalicəsinin müasirliyi, qiymətlərin digər Avropa dövlətlərindən daha münasib olması ilə dünyanın demək olar hər yerindən pasiyentləri cəlb edir. 

Siz də ən qısa yolla və ən münasib qiymətə Türkiyədə müayinə və müalicə olunub, sağlamlığınızı qoruya bilərsiniz.


FAMAX Medical Tourism
Bakı ofisi

012 493 22 02
050 444 30 20
Ünvan: 28 may küç, ev 29