Xərçəng xəstələri intim əlaqədə ola bilərmi? - Professordan AÇIQLAMA

  • 2020.02.15 10:32
  • 11855 Baxış
Xərçəng xəstələri intim əlaqədə ola bilərmi? -   Professordan  AÇIQLAMA
Xərçəng xəstəliyi aşkarlanan bir çox şəxs başlanğıc dövrdə qayğı və depresiyaya yol açır. Mənfi təsirə düşən xəstələr, xəstəliklə bərabər partnyorları ilə cinsi həyatlarının da sonlandığını düşünür.

Medicina.az xəbər verir ki, türkiyəli radiasiya-onkologiya uzmanı Tayfun.H bu haqda danışaraq xəstələr üçün suallara aydınlıq gətirib. O bildirib ki, xəstələr məhrəm saydığı bu mövzuda danışmağa utanır və suallarına özləri cavab tapmalı olur. Lakin burda utanmaq lazım deyil. Halbu ki, xərçəng xəstəliyinin müalicəsi dövründə qaydasında və davamlı cinsi yaşam müalicəyə çox müsbət təsir edir. Ona görə də, xəstələrdən bu mövzuda həkimlərlə açıq danışmağı və yetəri bilgi almağı tövsiyə edib.

Həkimin sözlərinə görə, iki şəxs arasında sevgi münasibəti fiziki yaxınlıq, şəfqət və güvən üzərində qurulur. Bu üç özəllik cütlüklər arasında qorunursa, xərçəngin müalicəsinə daha da müsbət təsir edir.

Lakin xəstələr adətən fiziki cazibələrinin yox olduğunu düşünüb cinis münasibətdən uzaqlaşırlar. Çünki, bu yolla xəstəliyin keçici və ağrıya yol aça biləcəyini düşünürlər. Həkim bildirib ki, xərçəng xəstəli qətiyyən keçici deyil. Nə kimyaterapiya, nə də radyoterapiya, cinsi münasibətə əngəl deyil. Sadəcə ginekoloji şişlər səbəbi ilə müalicə zamanı vaginada ağrı hiss ola bilər.