Yaddaşı gücləndirən 4 meyvə

  • 2026.07.23 16:04
  • 115 Baxış
Yaddaşı gücləndirən 4 meyvə

Beyin sağlamlığını qorumaq üçün düzgün qidalanma, fiziki aktivlik və keyfiyyətli yuxu böyük rol oynayır. Mütəxəssislər yaddaşı dəstəkləyən qidalar arasında antioksidantlarla zəngin meyvələri xüsusi qeyd edirlər.

Medicina.az xəbər verir ki, qaragilə, çiyələk, qara üzüm və sitrus meyvələribeyin qan dövranını yaxşılaşdırmağa və idrak funksiyalarını qorumağa kömək edə bilər.

Bu meyvələrdə olan polifenollar və digər bitki birləşmələri beyin hüceyrələrini qoruyur, yaddaş və diqqətin saxlanmasına dəstək verir.

Sağlam beyin üçün mütəxəssislər həmçinin tərəvəz, tam taxıllar, balıq, paxlalılar və zeytun yağı ilə zəngin Aralıq dənizi pəhrizini tövsiyə edirlər.

Xanım,
Medicina.az