Yeni ilə sağlam başlamaq istəyənlərə MƏSLƏHƏT

  • 2019.12.24 14:21
  • 3765 Baxış
Yeni ilə sağlam başlamaq istəyənlərə   MƏSLƏHƏT
Yeni il gecəsi ağlınızdakı pəhriz planlarını çıxardın.Bayram günü mədənizə ziyan verməyəcək tərzdə qidalanmaqda sərbəstsiniz.

Medicina.az xəbər verir ki, bayramda hər şeydən dada bilərsiniz. Lakin türkiyəli diyetoloq Nilay Arpaçının tövsiyələrindən yararlanaraq 2020-ci ilə sağlam başlayıb, sağlam yaşayın.

- Yeni ilin ilk sabahı səhər yeməyindən öncə 30-45 dəqiqə piyada gəzin.


- Səhər yeməyinə hər şeydən qarışdırıb yeməyin.Çalışıb səhər yeməyi ilə günortanı birləşdirin. Sadə yumurta yeməkdə fayda var.


-İçəcəyininz suyun içərisinə limon, darçın və keşniş əlavə edin.



-Gün boyu ən azı 2 litr su için.


-enerjisiz olsanız belə bütün günü yatağınızda keçirməyin.


-Sonrakı günlər axşam vaxtı hər gün piyada gəzin yaxudda 1 saat idmanla məşğul olun.



-Gün içərisində kofe için. Bu orqanizmdəki yağ yandırılmasına da kömək edir.


-Şirniyyat istəsəniz 3-4 parça tünd şokolad yeyə bilərsiniz.


-Yaşıl çay için. İçərisinə limon və azca bal da qata bilərsiniz.


-Yeni il axşamı çox yeyərək mədənizi yüklədiyinizi hesab edirsinizsə, etəsi gün axşam yeməyində ananas yaxudda qatıq yeyin.


-Yeməklərinizə bir çay qaşığı zərdəçal əlavə edin.


-Həzmi yaxşılaşdırmaq üçün bir stəkan təbii sıxılmış nar suyu da içə bilərsiniz.


Unutmayın ki, ata bilməyəcəyiniz çəki yoxdur.