Yenidoğulmuşlarda tətbiq edilən ERİTROSİTAR KÜTLƏ TRANSFUZİYASI NƏDİR?

  • 2018.05.30 12:08
  • 25121 Baxış
Yenidoğulmuşlarda tətbiq edilən  ERİTROSİTAR KÜTLƏ TRANSFUZİYASI NƏDİR?
Yenidoğulanlarda eritrositar kütlə transfuziyası daha çox cərrahi müdaxilələr zamanı yaranmış anemiya, hemorroqik şok və vaxtından əvvəl doğulmuşların anemiyası zamanı tətbiq olunur. Eritrositar kütlə transfuziyasında əsas məqsəd toxuma oksigenizasiyasının düzəldilməsidir. Near-infrared spektroskopiya yoluyla yenidoğulmuşlarda Hb -in 9,7 q/dl den aşağı endiyi təqdirdə, serebral oksigenizasiyanın pozulduğu, transfuziyadan bilavasitə sonra sürətlə normallaşdığı təsbit olunub. Lakin hazırda toxuma oksigenizasiyasını idarə edə biləcək ən aşağı Hb dəyəri, kritik göstərici olaraq qəbul edilərək klinik simptomların bilinməsi və eritrosit transfuziyasının bu simptomlarla əlaqəli şəkildə köçürülməsi qənaətinə gəlinib. Taxikardiya, taxipnoe , tənəffüs çatışmazlığı, bradikardiya, apnoe, çəki almama, ödəm, oksigen ehtiyacına artım ən vacib kliniki əlamətlər kimi qiymətləndirilməlidir. 


Belə ki, vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlarda eritrositar kütlə transfuziyası üçün konkret bir Hb dəyəri yoxdur. 


Transfuziya - aktiv qan itkisi 20 % in üzərindədirsə, 10-20 % itkiyə əlavə olaraq asidoz və oksigenizasiyada pozğunluq mövcud olarsa, həmçinin qanaxma kimi təxirəsalınmaz hallarda gecikdirilmədən göstərişdir. Digər hallarda qiymətləndirmə və transfuziya aşağıdakı şəkildə aparıla bilər:

 

Postnatal yaş 1 həftədən azdırsa: 


1) Hb 12q/dl + tənəffüs dəstəyi ( Fi O 2 ehtiyacı 35 % dən yüksək) 

2) Hb 10q/dl tənəffüs dəstəyi minimal və ya  1-2 həftədirsə 1) Hb 11q/dl +tənəffüs dəstəyi (FiO2 ehtiyacı 35 % dən yüksək ).


2) Hb 9q/dl tənəffüs dəstəyi minimal və ya heç yox 2-3 həftədirsə 1) Hb 10q/dl + tənəffüs dəstəyi FiO2 35 % dən yüksək). 

2 )Hb 8q/dl tənəffüs dəstəyi heç yox və ya minimal 4 həftə və yuxarı 1)Hb 9q/dl + tənəffüs dəstəyi ( Fİ O2 ehtiyacı 35 % dən yüksək ).


2) Hb 7q/dl tənəffüs dəstəyi minimal və ya heç yox transfuziya , xüsusiylə vaxtından əvvəl doğulmuşlarda fəsadlar bilinərək ,yuxarıdakı göstəricilər diqqətlə xəstə üzərində ətraflı klinik və labrador olaraq dəyərləndirilərək tətbiq edilməlidir.


Oksigen klinikasının neanatalogiya şöbəsinin müdiri Aygün Quliyeva

Medicina.az

 

Yenidoğulmuşlarda tətbiq edilən  ERİTROSİTAR KÜTLƏ TRANSFUZİYASI NƏDİR?