6 gün əvvəl doğulan əkizlərdən biri öldü

  • 2022.09.24 10:56
  • 1326 Baxış
6 gün əvvəl doğulan əkizlərdən biri  öldü
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan əkiz körpələrdən biri ölüb.

Medicina.az -ın məlumatına görə, rayonun Hapıtlı kənd sakini Mərdanova Günel Nizami qızının sentyabrın 17-də xəstəxanada dünyaya gətirdiyi əkiz oğlan
uşaqlarından biri olan Məmmədov Elvin Vilayət oğlu sentyabrın 23-də vəfat edib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.