Ac qarına su içməyin İNANILMAZ FAYDALARI

  • 2019.04.05 13:11
  • 22313 Baxış
Ac qarına su içməyin İNANILMAZ FAYDALARI

Yuxudan duran kimi acqarına su içmək Yaponiya adətidir. Bu qayda orqanizm üçün çox faydalıdır. Səhər içilən su orqanizmdə gedən proseslərə müsbət təsir edir. Mütəmadi olaraq içilən su mədə-bağırsaq traktına yaxşı təsir edir, dərinin vəziyyətini normaya salır və sinir sistemini müvazinətdə saxlayır. 


Medicina.az bildirir ki, sağlamlığınızı və gözəl görüşünüzü saxlamaq üçün səhər tezdən ac qarına 1 stəkan su için. Bu sizin həyatınızı müsbət istiqamətdə dəyişəcək.


Səbəbi isə çox sadədir. Ac qarına su içmək müalicəvi təsir göstərir.  O, şəkərli diabet, piylənmə, hormonal balansın pozulması, artrit, aritmiya, miqren, böyrək çatışmazlığı kimi bir çox xəstəliklərdən xilas olmağa kömək edir. 


Bu xəstəliklərik sayını uzatmaq da mümkündür. Bütün daxili orqanların işi birbaşa olaraq mədə-bağırsaq traktının işindən asılıdır. Mədə və bağırsaqlar sağlam olduqda bütün digər orqanlar da normal funksiya göstərir. Səhər içilən bir stəkan su  mədənin və mədəaltı vəzin işini qaydaya salır. 


Bunun üçün səhər yuxudan oyanan kimi bir stəkan isti su işin. Daha sonra tualetə getdikdən sonra yenidən 1 stəkan su için. Yalnız bundan sonra səhər yeməyini yemək olar. 


Bundan sonra mədə və bağırsaqlar yuyulacaq və insan günə daha gümrah başlayacaqsız. Həmçinin də gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 2 stəkan isti su içmək yaxşı nəticə göstərir. Çayı və qəhvəni də yeməkdən əvvəl içmək lazımdır.
Ac qarına su içməyin İNANILMAZ FAYDALARI