Aparıcının ölüm səbəbi açıqlandı - Bacısından AÇIQLAMA

  • 2021.06.02 19:50
  • 2386 Baxış
Aparıcının ölüm səbəbi açıqlandı    - Bacısından AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün tanınmış aparıcı Şamil Famillinin meyiti evindən tapılıb.

Onun ölümünün səbəbi ilə bağlı bacısı Lalə xanım ARB-də yayımlanan “Elgizlə izlə” verilişinə qoşularaq məlumat verib.

O bildirib ki, mayın 31-də səhər saatlarında onun ürəyi tutub:

“Tibb bacısına zəng edərək, gəlib onun təzyiqini ölçməsini xahiş edib. 10 dəqiqə içərisində tibb bacısı gəlib, ancaq qapını açan olmayıb.

Mənə ayın 1-i axşamçağı zəng etdilər ki, nigaran qalmışıq, Şamil telefonları açmır. Mən də zəng etməyə başladım, ancaq telefonları açan olmadı. Oğlumu, gəlinimi göndərdim ki, mənə Şamildən xəbər gətirin.

Onlar mənə zəng etdilər ki, təcili gəl, biz Şamili itirmişik”.