Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

  • 2024.05.17 22:18
  • 702 Baxış
Gözlənilən ömür uzunluğu artacaq -  Neçə il?
Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər

Medicina.az xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb.

Alimlərin hesablamalarına görə, 2022-2050-ci illər arasında dünyada orta ömür uzunluğu 73,6 ildən 78,1 yaşa qalxacaq.

Qısa müddətdə orta ömür uzunluğunun təxminən 4,5 il artacağını bildirən alimlər bəzi detalları da açıqlayıblar. Belə ki, kişilərin 4,9 il, qadınların isə 4,2 il daha çox yaşayacağı ehtimal edilir.

Qeyd edək ki, ömrün uzanmasının əsas səbəbləri olaraq isə bunlar göstərilib:

1. ürək-damar xəstəliklərindən ölüm hallarının azalması,
2. Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrində tənəffüs yolu ilə yoluxan infeksiyalar, əsasən də vərəmdən ölüm hallarının azalması,
3. Ana və neonatal ölüm hallarının azalması

Proqnoza dair tədqiqat “The Lancet” elmi jurnalında dərc olunub.