Kosmetika məhsullarındakı TƏHLÜKƏ – Xərçəngə səbəb olur

  • 2024.07.01 18:52
  • 515 Baxış
Kosmetika məhsullarındakı TƏHLÜKƏ –  Xərçəngə səbəb olur
İstifadə etdiyimiz qidaların tərkibinə fikir verməyə çalışsaq da, çox vaxt kosmetika məhsullarında bu qaydaya əməl etmirik.

Ancaq mütəxəssislər kosmetika məhsullarının xərçəngə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Medicina.az xəbər verir ki, buna səbəb bir çox kosmetika məhsulunun tərkibində alüminiumun olmasıdır. Daha çox antiperspirantlarda rast gəlinən alüminium ənlikdən tutmuş, göz kölgəsinə və dodaq boyasına kimi bir çox gündəlik istifadə edilən məhsulun tərkibində ola bilər.

Alüminium xərçəngə səbəb ola bilən ciddi amillərdən biridir. Odur ki, kosmetika məhsulları alarkən onların tərkibində alüminium komponentlərinin olmamasına diqqət yetirməlisiniz. Çünki alüminium sorulur və qana daxil olarsa, bədəndə toplanır. Hətta dəri ilə təmasda da olduqca təsirlidir.

Araşdırmalar göstərib ki, bu məhsullara tez-tez məruz qalma reproduktiv funksiyalara mənfi təsir göstərir. Bu cür məhsullar dəri ilə birbaşa təmasda olduqda dəri xərçəngi riskini artıra bilər.

Kimyəvi maddələrlə dolu kosmetika məhsulları dəridə yanma, qaşınma, qıcıqlanma, qabarma və yara əmələ gəlməsinə səbəb ola bilər. Belə hallarda vaxt itirmədən mütəxəssisə müraciət edilməlidir.

Bununla belə, ən yaxşısı tərkibinin 80-99 faizi təbii inqridentlərdən ibarət olan məhsullara üstünlük verməkdir.

Unutmaq olmaz ki, alüminiumu bəzi mütəxəssislər zərərsiz komponent kimi tanıdır. Bununla belə, ona uzun müddət aşağı dozalarda belə məruz qaldıqda sağlamlıq problemləri ilə üzləşə bilərsiniz.


Aysel