Azərbaycanda ixtiyoz və kəpənək xəstəliyi üzrə dövlət proqramı

  • 2022.11.10 14:15
  • 445 Baxış
 Azərbaycanda ixtiyoz və kəpənək xəstəliyi üzrə dövlət proqramı

Azərbaycanda nadir hallarda rast gəlinən ixtiyoz və kəpənək xəstəliyi üzrə dövlət proqramı hazırlanır.

"Medicina" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.


Onun sözlərinə görə, aparılan təhlillərə əsasən ölkədə hazırda ölkədə 300-400 belə xəstə qeydiyyatdadır:


“Bu xəstəliyin artmaması üçün mütləq dövlət proqramına zərurət var. Dövlət proqramı hazırlanaraq Maliyyə Nazirliyi və aidiyyəti dövlət qurumlarının razılışmasına təqdim ediləcək”.