Bədəniniz sizdən yalvararaq kömək istəyir! - Görməzdən gəldiyiniz 6 VACİB ƏLAMƏT

  • 2018.12.24 09:49
  • 30682 Baxış
Bədəniniz sizdən yalvararaq kömək istəyir! -  Görməzdən gəldiyiniz 6 VACİB ƏLAMƏT
 

İnsan orqanizmi çoxsaylı proseslərin getdiyi mürəkkəb mexanizmdir. Orqanizmin daxilində baş verən hər hansı bir prosesi hiss etmək mümkündür. Amma bəzən elə olur ki, insan bədəninin ona verdiyi mesajları anlamır və saymazdan gəlir. 


Medicina.az sizə əhəmiyyət verməli olduğunuz 6 təhlükəli əlamətləri açıqlayır: 


Quru dəri


Quru dəri orqanizmdə olan E vitamini çatışmazlığından xəbər verir ki, bunu da vaxtında aradan qaldırmaq lazımdır. Çalışın ki, badamdan, kələm toxumundan, bitki yağlarından, ispanaqdan, bal və yumurtadan istifadə edəsiniz. 


Tez qırılan saçlar və dırnaqlar


Bu problem əsasən orqanizmdə D vitamininin və kalsiumun kifayət qədər olmamasından irəli gəlir. Aradan qaldırmaq üçün isə kartof, brokkoli kimi tərəvəzlərdən, çiy süddən, kefir və buğda cücərtisindən istifadə etməyiniz məsləhətdir 


Şirin qidalara aludəçilik 


Əgər sizin sinir sisteminiz zəifləyib, enerjiniz azalıbsa, o zaman bədəniniz şirin qidaya ehtiyac duyur. Amma bu o demək deyil ki, siz hər növ şokolad və ya başqa şirin qidalarla qidalanmalısınız. Bunun üçün bal və ya qara şokolad da yemək yetərlidir. 


Turş qidalara meyillilik 


Əgər sizdə birdən-birə turş qidalara meyillilik yaranıbsa, çox güman ki, sizin ya qara ciyərinizdə ya da öd kisənizdə problem yaranıb. Onu həll etmək üçün isə daha çox limon və qaragilə istifadə etməlisiniz. 


Qanayan damaqlar 


Qanayan damaqlar əsasən C vitamini çatışmazlığının əlaməti kimi üzə çıxır. Buna görə də çalışın ki, rasionunuza kələm, brokkoli, kivi, giləmeyvə, noxud kimi tərəvəzləri daxil edəsiniz. 


Duzlu qidalara meyillilik 


Əgər sizdə duzlu qidalara meyillilik yaranıbsa, deməli sidik-cinsiyyət yollarında iltihab var. 


Arzu

Medicina.az
Bədəniniz sizdən yalvararaq kömək istəyir! -  Görməzdən gəldiyiniz 6 VACİB ƏLAMƏT