- Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARIBu quşu dimdiyi qara dəymədən yemək olmaz...

  • 2018.12.24 11:48
  • 15623 Baxış
 - Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI Bu quşu dimdiyi qara dəymədən yemək olmaz...

Hind toyuğu birmənalı olaraq Yeni il süfrələrinin bəzəyidir. Bu təama Yeni il süfrəsinin rəmzi də demək olar. Adətən qış aylarında yeyilən hind toyuğu barədə "dimdiyi qara dəymədən yemək olmaz” deyilir. 


Bəs çoxlarının xoşladığı və Yeni il süfrələrinin şah yeməyi sayılan hinduşka əti sağlamlıq üçün nə qədər faydalıdır? 


Medicina.az artıq dimdiyi qara dəydiyi üçün ən yeməli vaxtında olan hinduşkanın faydalarını təqdim edir:


Diyetoloqlar hinduşka ətini ən faydalı ətlərdən hesab edirlər. 


Hinduşka əti yüksək qidalı, bununla belə aşağı kalorili ət hesab edilir. Onun tərkibində digər ətlərlə müqayisədə yağ və xolesterinin miqdarı azdır.  


Mal əti ilə müqayisədə hinduşka ətinin tərkibində bol miqdarda dəmir var. Bundan əlavə, bu ətin tərkibində olan dəmir orqanizm tərəfindən toyuq ətindən daha tez sovrulur. Öz rasionunuza hinduşka əti daxil edərək onun tərkibində olan sink sayəsində immunitetinizi artıra bilərsiniz.


Hinduşka əti həmçinin yüksək qan təzyiqi xəstələri üçün faydalıdır. İş burasındadır ki, bu ət insanın orqanizmində gedən maddələr mübadiləsini tənzimləyən natrium ilə zəngindir. Natriumun bol miqdarı az xörək duzu işlətməyə səbəb olur ki, nəticədə də ürək-damar xəstələri, hipertoniklər bundan rahat şəkildə istifadə edirlər. 

 



Bundan əlavə, aşağıdakı şəxslər də qida rasionuna bu əti əlavə etməlidirlər: 


Hamilə qadınlar. Tərkibində bol miqdarda fol turşusu olması səbəbindən hind toyuğu hamilə qadınlar üçün ən faydalı qidalardan hesab edilir. 


Süd verən analar 


Kiçik uşaqlar


Yuxusuzluqdan əziyyət çəkən insanlar. Tərkibində triptofan olması səbəbindən yuxusuzluqdan əziyyət çəkən insanlara təbii yuxugətirici kimi təsir göstərəcək. 


Stress və depressiyadan əziyyət çəkənlər. Tərkibində xoşbəxtlik hormonu adlandırılan seratoninin olması stressə və depressiyaya məruz qalan insanlara yaxşı təsir göstərir. 


Ağır fiziki işlə məşğul olan insanlar. Hind toyuğu ətinin tərkibində olan zülallar orqanizm tərəfindən rahat mənimsənilərək enerji verir. 


Hinduşka ətinin tərkibi balıq əti qədər fosfor, A, B12, B2, B6, PP vitaminləri, kalium, kalsium, maqnezium, selen, yod, marqanes və kürürdlə zəngindir.


Arzu 

Medicina.az

 - Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI Bu quşu dimdiyi qara dəymədən yemək olmaz...
 - Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI Bu quşu dimdiyi qara dəymədən yemək olmaz...