Ər arvadını döyüb, benzin töküb od vurdu - PAYTAXTDA TÜKÜRPƏDİCİ OLAY

  • 2019.05.06 14:33
  • 13329 Baxış
Ər arvadını döyüb, benzin töküb od vurdu -  PAYTAXTDA TÜKÜRPƏDİCİ OLAY

Bakının Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində insident baş verib.


Medicina.az ONA-ya istinadən xəbər verir ki, qəsəbə sakini, 35 yaşlı Ceyhun Xudabaxışov həyat yoldaşı Rəna Aslanovanı döydükdən sonra üstünə benzin tökərək od vurub.


Ağır dərəcəli yanıq xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb. Səhiyyə nazirliyindən verilən açıqlamaya görə, R.Aslanovanın yanıqları 1,2 ci dərəcəlidir. Həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.