Ərik yeməklə bu xəstəliklərdən qurtulun – Sağlamlığa 10 faydası

  • 2019.06.03 15:46
  • 31926 Baxış
Ərik yeməklə bu xəstəliklərdən qurtulun –  Sağlamlığa 10 faydası

Ərik digər meyvələrdən tərkibində daha çox vitamin və mineral olması ilə seçilir. Söhbət təbii ki, natural yetişdirilmiş, özü ağacda yetişən, yerli sort və dərmansız meyvədən gedir.




Ərikdə A-dan tutmuş, C, E, PP vitaminəri, beta karotin, yod, maqniy, dəmir, fosfor, pektinlər, turşular, natrium boldur. 

Medicina.az xəbər verir ki, əriyin orqanizmə və müxtəlif xəstəliklərə 10 –dan çox faydası vardır.




1.Sümük və oynaqlar üçün




Duzları çıxarır, iltihabı azaldır, artrit və artroz, revmatizm, sümük yeyilməsi xəstəliklərində təzə şirəsi faydalıdır. Sümükləri bərkidir




2.Ürək və damarlar üçün




Ərikdə olan kalium damarların tonusunu yaxşılaşdırır, yüksək təzyiqi salır, dəmir isə hemoqlobini artırır. Beləliklə, ürəyin işi yaxşılaşır




3. Beyin və sinirlər üçün




Ərikdə fosfor beyini aktivləşdirir, yaddaşı yaxşılaşır, sinir uclarının degenerasiyasını zəiflədir. 




4.Gözlərə faydalıdır




Ərik və qurusu görməni artırır, göz sinir və damarlarını qidalandırır




5. Ağciyərləri təmizləyir




İltihab əleyhinə, bronxgenişləndirici xassəsi ilə bronxitin və astmanın müalicəsində istifadə olunur




6.  Bağırsaqları işlədir




Xroniki qəbizlikdə ərik və qurusu çox lazımlıdır. Ərik bağırsağın sağlam mikroflorasını tənzimləyir, onun peristaltikasını yaxşılaşdırır




7. Mədəaltı və qalxanvari vəzi




Bu meyvədə olan fruktoza qanda şəkəri normallaşdırır, yod isə qalxanvari vəzin işi üçün vacibdir




8.Böyrəkləri təmizləyir




Ərik sidikqovucu, infeksiya təmizləyici təsir göstərir. Antibakterial təsir göstərdiyinə görə, böyrək və sidik yollarını təmizləyir. 




9.İmpotensiyaya qarşı




Ərik prostat vəzin qan damarlarını möhkəmlədir və qan dövranını yaxşılaşdırır. Ona görə kişilərdə potensiyanı artırır




10.Dərini gözəlləşdirir




Ərik, tumu və yağı dərini A, E vitamini ilə təmin edir. Qırışları azaldır, cavanlaşdırır. Ona görə ərikdən üzə maska, pilinq etmək, bol yemək qadınlar üçün vacibdir




Əriyi hamilələr də yeyə bilər. Çünki qanazlığına qarşıdır.




Kimlərə olmaz:




-Mədə şirəsi turşuluğu, yanması və qastriti olanlara

-İnsulindən asılı diabetlərə az miqdar olar

-Hamiləlikdə əgər dölün ürəyi normal deyilsə

-İshalı olanlara

 




Ərik yeməklə bu xəstəliklərdən qurtulun –  Sağlamlığa 10 faydası