Gecə 12-dən sonra yatanlar 10 yaş tez qocalır

  • 2024.04.03 20:13
  • 689 Baxış
Gecə 12-dən sonra yatanlar    10 yaş tez qocalır

Mütəxəssislər yuxu azlığı və gec yatmağın, sutkada ən azı 7 saat gecə yuxusu almamağın insanın yaşına da təsir etdiyini bildirib.


“Medicina” xəbər verir ki, Stokholm universitetinin tədqiqatçıları yuxu defisitinin psixi vəziyyətə və orqanizmin qocalmasına gətirib çıxardığını sübut ediblər.

Özü də rəqəmlər elə də az deyil.
Gecə yuxusu az olanlar özlərini minimum 10 yaç daha qoca hiss edirlər.

Gənclik enerjisi, hissiyatı və insanın real yaşında özünü hiss etməsi sağlamlıq vəziyyətindən birbaşa asılıdır.


Tədqiqatın müəllifi Leoni Balter gənclik hissini qorumağın sirrini tapmağa çalışıb.

Araşdırmada 18-70 yaş arası 429 insan iştirak edib.

Onlar özlərini neçə yaşında hiss edirlər sualına cavab veriblər, eləcə də həftə ərzində yuxu cədvəli tutub, ayda neçə gün normal yatdıqlarını və nə qədər yuxulu hiss etdiklərini qeyd ediblər.

Məlum olub ki, hər gecə yuxu defisiti keçirənlər real yaşından 2 il daha tez qocalıb və özünü yaşlı hiss edib.

İkinci tədqiqatda iştirakçılar 2 sutka yatmayıb və gecə yalnız 4 saat yataqda olublar.

Daha sonra 2 gün 8 saatdan az yatıblar.
Araşdırmanın sonunda onlar özlərini yaşlarından 4 yaş daha böyük hiss ediblər.


Həqiqətən də yuxunun müddəti insanın yaşına, bədən formasına təsir edir.

Bu həm psixoloji, həm fizioloji hissləri dəyişir. Xroniki yuxusuqluqdan əziyyət çəkənlər, yuxu pozulması olanlar pasportda olan yaşdan daha yaşlı görünürlər və tez qocalırlar.


Yuxusuz qalmaq insanın beynini o qədər tükədir ki, onun özünə münasibəti dəyişir, pessimist olur və özünü daha qoca, enerjisiz və lazımsız hiss etdirir”.

Aygün Musayeva