Hamiləliklə bağlı bilmədiyiniz - MARAQLI FAKTLAR

  • 2019.04.17 13:25
  • 18306 Baxış
Hamiləliklə bağlı bilmədiyiniz -  MARAQLI FAKTLAR

Hər gün minlərlə körpə doğulur. Buna görə də hamiləlikdə hər şeyin məlum olduğu düşünülür. Amma bu, belə deyil. Hamiləlik müddətində qadının orqanizmi bir sıra dəyişikliklərə məruz qalır. Bunların bir çoxu hətta təəccübləndicidir. 


Medicina.az sizə 8 hamiləlik gerçəyini təqdim edir: 


1) Məlum olan ən uzun hamiləlik bir il 10 gün çəkib


Los Ancelesdən olan 25 yaşlı qadın 280 gündə baş tutan hamiləliyi 375 günə tamamlayıb. Bu, tibb tarixində ən uzun hamiləlik kimi bilinir. 


2) Hamilə və yenicə ana olmuş qadınlar uşaq ağlaması səsi eşidən kimi süd ifrazı artır


Ana südü süd hormonu olan oksidosin adlı hormonun sintezi ilə baş verir. Ananın duyğusal halı bu hormonunun sintezinə müsbət təsir edir.

 

3) Uşaqlığın ölçüsü hamiləlik boyunca şaftalı böyüklüyündən qarpız böyüklüyünə çatır 


Uşaqlığı ölçüsü hamiləlik boyunca tədricən artır. İkinci trimestrdə  şaftalı böyüklüyündən yemiş böyüklüyünə çatır. Son 3 ayda isə qarpız ölçüsünə gəlir.

 

4) Hamiləlik zamanı ayaqlar böyüyür


Şişkinlik, vücudda olan artıq qan və maye səbəbindən ayaqların böyüməsi normaldır. Hamiləlik zamanı inkişaf etməkdə olan körpənin ehtiyacını təmin etmək üçün bədən 50% çox maye tələb edir. Buna görə də, əllərdə, üzdə, ayaqlarda, topuqlarda şişkinliklər meydana çıxa bilər. 


5) Hamiləlik zamanı saçlar da sürətlə uzanır


Hamiləlik zamanı yaranan hormonal dəyişikliklər saçların daha sürətli uzanmasını və daha az tökülməsinə təsir edir. Bundan əlavə qarın, üz və s. nahiyələrdə də tüklər yarana bilər. 


6) Anada beyin ölümü baş versə belə, uşaq sağlam dünyaya gələ bilər


Nadir hallarda olmasına baxmayaraq, beyin ölümü baş verən hamilə qadınların bədəni körpənin sağ dünyaya gəlməsini təmin edə bilir. 


7) Anesteziya olmadan da 6 kq-a yaxın uşaq doğmaq mümkündür


Doğuş prosesi çox ağrılı keçir. Buna görə də bir çox qadınlar ağrıkəsicidən istifadə etməyə üstünlük verirlər. Ancaq avstraliyalı bir qadın 7 saat çəkən doğum prosesində 6 kq-lıq körpəni ağrıkısici olmadan dünyaya gətirib. 


8) Ana ilə körpə eyni yeməkləri sevə bilər


Hamilə bir qadının yediyi qidaların ləzzətləri, daha sonra uşaqlıqda olan döl mayesinə axıdılır. Məhz bu, uşağın gələcəkdə hansı qidalardan xoşu gələcəyini təyin edir. 


Arzu

Medicina.az
Hamiləliklə bağlı bilmədiyiniz -  MARAQLI FAKTLAR