İntihara cəhd edən məktəb direktoru işdən çıxarıldı

  • 2022.11.05 15:08
  • 2775 Baxış
İntihara cəhd edən məktəb direktoru işdən çıxarıldı


Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayeva vəzifəsindən azad olunub.

"Medicina" xəbər verir ki, bir müddət öncə Mətanət Qarayevanın təhsil idarəsinin təzyiqləri səbəbindən intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılmışdı.

Lakin regional idarə müvafiq araşdırma apardıqdan sonra direktorun təzyiqlərə məruz qalması haqda məlumatların həqiqəti əks etdirmədiyini, eyni zamanda məktəbdə bir sıra pozuntular aşkar edildiyini açıqlamışdı.