Messi koronavirus testindən keçdi

  • 06 Sen 2020 19:05
  • 926 Baxış
Messi koronavirus testindən keçdi
İspaniyanın “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi komanda ilə məşqdən öncə koronavirus infeksiyası ilə əlaqədar testdən keçib.

Xüsusi həkim briqadası argentinalının evinə gəlib.

Əgər koronavirus testi mənfi nəticə verərsə, futbolçu bazar ertəsindən məşqlərə çıxa bilər.

Qeyd edək ki, bundan əvvəl L. Messi “Barselona” klubunu tərk etmək istədiyini bildirib. Ötən gün isə futbolçu “Barselona” ilə məhkəmə çəkişməsi yaşamaq istəmədiyi və ailəsi Kataloniyada qalmaq istədiyi üçün karyerasını klubda davam etdirməyə qərar verdiyini açıqlayıb.

L. Messi “Barselona” klubunun yetirməsidir. Futbolçu komandada ilk dəfə 2004-cü ildə debüt edib. Argentinalı peşəkar karyerasında 700-dən çox qol vurub, “France Football” jurnalı tərəfindən 6 dəfə “Qızıl top”a layiq görülməklə rekord müəyyənləşdirib.


X