Oynaqlarının sıradan çıxdığını göstərən - Əlamətlər

  • 2021.11.24 16:59
  • 1161 Baxış
Oynaqlarının sıradan çıxdığını göstərən -  Əlamətlər
Amerikanın Cərrah-Ortopedlər Akademiyasının mütəxəssisləri artritin – oynaq xəstəliyinin erkən əlamətlərini açıqlayıblar.

Medicina.az xəbər verir ki, bu barədə “Express” bildirib.

Mütəxəssislərin fikrincə, xəstəliyin birinci indikatoru küt ağrı hesab edilir.

"Bu ağrı tez-tez oynaqlarda uzun sürən qıcolma kimi artan stres dövrlərindən sonra ortaya çıxır", - deyə həkimlər izah ediblər.

Artritin yaxınlaşmasının başqa əsas əlaməti - oynaqlarda “yanma” hissidir. Bu ağrılı hislər səhər saatları üçün xarakterlər, ancaq xəstəliyin sonrakı mərhələlərində gecə saatlarında da narahat edə və hətta yuxudan oyanmağa gətirə bilər.