- Çirkli qanın orqanizmdən təmizlənməsinin saymaqla bitməyən faydalarıQanalma nöqtələri

  • 2018.12.22 22:24
  • 23835 Baxış
 - Çirkli qanın orqanizmdən təmizlənməsinin saymaqla bitməyən faydaları Qanalma nöqtələri
 


Dəri altındakı durğun qanın və toxumalar arasında toplanıb qalmış maddələrin sorma üsulu ilə xaric olunması rahat qan dövranının bərpa edilməsi həcəmət adlanır. Bəzən hicama da adlandırılan bu üsul el arasında "qan almaq” kimi başa düşülür. Həmin prosedur immun sisteminin işini əngəlləyən zəhərli və keyfiyyətini itirmiş qanın orqanizmdən çıxarılması məqsədilə aparılır.


Medicina.az Azərtac-a istinadən xəbər verir ki, bol günəş işığı və radiasiya aktivliyi qanın qatılığını çoxaldır, dəri xərçəngi riskini artırır. Qanalma proseduru ağrısız, yataq vəziyyəti almadan və vaxt itirmədən tətbiq edilir və prosedur nəticəsində ağır metallar, toksinlər, sərbəst radikallar, istifadə olunan dərmanlardan qalan mübadilə məhsulları, süni rəngləyici kimyəvi maddələr, məhsulların vaxtını uzatmaq üçün istifadə edilən stablizatorlar orqanizmdən xaric olur. Vaxtilə ən çox istifadə edilən müalicə növü olan qanalmanın çoxlu faydaları var. Orqanizmdə qan durğunluğuna səbəb olan çirklənmiş qanın yerinə yeni, oksigenlə zəngin, təmiz və duru qan gəlməsi həmin nahiyələrin özünü bərpa etməsini gücləndirir. Dəri gözəlləşir və qan təzyiqini tam normada saxlayır. Heç vaxt infarkt və insult keçirmək təhlükəsi yaranmır.


Qanalma proseduru bir neçə nahiyədən aparılır. Qan almaq üçün ən çox istifadə olunan nahiyə baş, kürəklərarası, boyun və ürəyin arxasıdır. Başın arxası beynin həyati vacib mərkəzlərinə yaxın olduğuna görə ən yaxşı yer hesab olunur. Bel ətrafı, büzdüm nahiyəsi, baldırların arxası, alın ətrafı, dizlər və topuq üstü sahələrdən də qan alınır. Qanalma prosedurundan sonra görmə qabiliyyəti yaxşılaşır, yaddaş güclənir, beyində endofrin və serotonin hormonunun ifrazı çoxalır, hipofiz vəzinin fəaliyyəti və aktivliyi artır. Ödemlər, miqren və qulaqda küy, oynaq və revmatizm xəstəliklərində də qanalma çox faydalıdır. Prosedurun yaz və payız fəsillərində aparılması daha yaxşı təsir göstərir.