Qastritin xərçəngə çevrildiyini göstərən əlamət - Onkoloqlar

  • 14 Okt 2021 15:08
  • 1052 Baxış
Qastritin xərçəngə çevrildiyini göstərən əlamət -  Onkoloqlar
Mədəsində yara-qastrit olmayan adam az tapılar. Çox zaman qastrit getdikcə dərinləşir, yayılır.

Medicina.az xəbər verir ki, rusiyalı onkoloq Olqa Jeludkova qastritin xərçəngə çevrildiyini göstərən ilkin əlamətləri açıqlayıb.

“Əgər insan kəskin arıqlayırsa, heç nəyə iştahı yoxdursa, qusma baş verirsə, bununla belə mədəsində ağrı olmasa da, o illər əvvəl qastrit olduğunu bilirsə, mütləq əlavə yoxlamalar lazımdır. Mədədə xərçəngin ən ideal müayinəsi zondla qastroskopiyadır”.

İstənilən xroniki iltihabi proses, xəstəlik nə zamansa xərçəngə çevrilə bilər, o cümlədə mədə-bağırsaqda yaralar.

“Qastriti və mədəsində ağrısı olan insan illərlə bununla yanaşır, öyrəşir, buna əhəmiyyət vermir. Sonra birdən ağrı kəsə bilər. Bu sağalmağın göstəricisi deyil, əksinə qastrit nahiyəsində şiş əmələ gəlməsi ola bilər.
35 yaşdan yuxarı hər kəs 2-3 ildən bir qastroskopiya olunub, mədəsinin vəziyyətini öyrənməlidir”.