Ramazanda baş ağrılarının qarşısını almağın yolları

  • 2024.04.02 14:35
  • 396 Baxış
Ramazanda baş ağrılarının qarşısını almağın yolları
Ramazan ayında oruc tutanların çoxu bəzən baş ağrısından əziyyət çəkir. Nevroloq Dr. Oğuzhan Onultan bu problemin həll yollarından danışıb.

Medicina.az xəbər verir ki, bu il Ramazan ayında oruc vaxtının 17 saata çatdığını xatırladaq nevroloq aclıq və susuzluğun baş ağrılarına səbəb ola biləcəyinə diqqət çəkib. O, bunun miqren və gərginlik tipli baş ağrılarının əmələ gəlməsində təsirli ola biləcəyini deyib.

Nevroloq bildirib ki, baş ağrılarını azaltmaq üçün iftar və imsakda bədəni su ilə təmin edəcək xiyar, kök, çiyələk, pomidor, balqabaq kimi lifli qidaları seçmək lazımdır. Kifayət qədər yuxu aldığınızdan əmin olmaq, kompüter və ya televizor qarşısında çox vaxt keçirməmək də böyük əhəmiyyət kəsb edir.

“Yüksək miqdarda kofein istehlak edənlər orucluqda kofeini azaltmalıdırlar. İftar və sahur üçün balanslı və sağlam qidalar seçin. Həddindən artıq yağlı, şəkərli və ya duzlu qidalardan uzaq durun. Qan şəkərini balanslaşdırmaq üçün lifli qidalar və kompleks karbohidratlar seçə bilərsiniz. İftar və ya imsakda gün ərzində orqanizmi su ilə təmin edəcək lifli qidalara üstünlük verin. Kahı, ispanaq, kərəviz və gül kələm menyunuzda mütləq olsun”, - deyə nevroloq qeyd edib.

O, oruc tutarkən stressdən uzaq durmağın da əhəmiyyətindən danışıb:

“Meditasiya, dərin nəfəs alma texnikaları və ya yumşaq məşqlər kimi stress idarə etmə üsullarını tətbiq edə bilərsiniz. Baş ağrısı şiddətlidirsə və digər tədbirlər nəticə vermirsə, həkiminizin tövsiyə etdiyi ağrıkəsicilərdən istifadə edə bilərsiniz. Ancaq bu cür dərmanları müntəzəm və uzun müddət istifadə etməkdən çəkinməlisiniz.

Baş ağrıları davam edərsə və ya pisləşərsə, bir tibb işçisinə müraciət etmək vacibdir. Baş ağrılarının səbəbi əhəmiyyətli sağlamlıq problemi ola bilər, ona görə də mütəxəssis məsləhəti almaq vacibdir".


Aysel