Rentgen zərərlidirmi - İldə neçə dəfə keçmək olar?

  • 2022.09.13 17:23
  • 2791 Baxış
  Rentgen zərərlidirmi  - İldə neçə dəfə keçmək olar?


Hazırda rentgen ən çox təyin olunan diaqnostik üsuldur. Elə xəstə var, ildə 4-5-6 dəfə rentgendən keçir və ya keçirilir.


"Medicina" xəbər verir ki, profilaktik olaraq, əgər insan konkret diaqnozla xəstə deyilsə və həkim tələb etmirsə, ildə cəmi 1-2 dəfə rentgendən keçə bilər.

Xüsusən döş qəfəsi və qarın bel nahiyəsi çox rentgen olunmamalıdır.

Ağciyərlərin flüoqrafiyası ildə 1 dəfə aparılır.

Uşaqların da az rentgen olunması tövsiyə olunur.

Hamilə qadınlara yalnız xüsusi hallarda həyati göstəriş olduqda rentgen edilməlidir.

Aygün Musayeva