Şaxta baba hansı xəstəliklərdən əziyyət çəkir? – Alimlər 5 xəstəlik tapdı- MARAQLI

  • 2018.12.28 19:13
  • 12992 Baxış
Şaxta baba hansı xəstəliklərdən əziyyət çəkir? –  Alimlər 5 xəstəlik tapdı- MARAQLI
Britaniyalı alimlər fizik Keti Şinin rəhbərliyi altında uşaqların sevimli və çox inandığı bayram personajı Santa Klaus,  Şaxta babanın sağlamlığını təhlil edib və hansı xəstəliklərdən əziyyət çəkdiyini tapıb. Yeni il öncəsi yarı zarafat, yarı gerçək bu eksperiment əslində ŞAxta babanın da özünəməzsus xəstəliklərinin olduğunu göstərdi. 


Medicina.az xəbər verir ki, ekspertlər Şaxta babanın görünüşü, bədən quruluşu, bəzi əlamətləri ilə onun xəstəliklərini təxmin ediblər. 

Santa Klaus – xristian Nikolay Mirlikiyskinin versiyasıdır. Nikolay III əsrdə indiki Türkiyə ərazisində yaşayıb və uşaqların himayəçisi olub. 



Qırmızı burun: rozasea, rinofima yoxsa alkoqolizm?


Şaxta baba qırmızı burunla təsvir olunur. Guya şaxtadan gəldiyi üçün burnu donub. Burun ucu və yanaqlarında partlamış kapilyarlardan qırmızılıq var. 


Həkimlər isə bunun səbəbini alkoqolizmdə görür. Yəni şaxta baba içir. Hər halda şaxtada donmamaq və bu qədər işin öhdəsindən gəlmək üçün içmək qısa yoldur. 


Qırmızı burunun digər səbəbi rozasea adlı damar patologiyasıdır. 

Bu patologiyaya səbəb də tez-tez həddən artıq soyuma, temperatur enməsi və xroniki alkoqolizmdir. Qısası, şaxta baba içir və şaxtadan burnunda damarlar partlayır. 

 


Gözləri zəif görür


Santa Klaus eynəkli təsvir olunur. Ona yazılmış milyonlarla uşağın məktubunu da oxumaqdan gözləri zəifləyib. Həm də yaşla bağlı gözlərdə zəiflik yaranır. Üstəlik hisli bacadan enib-çıxmaq da gözlərə mənfi təsir göstərir. Əgər Santa Klaus çox kökdürsə, ola bilər diabeti var, diabetik retinopatiya da gözləri zəiflədir. 


Piylənmə və ateroskleroz


Santa Klaus Şaxta babaya nisbətən daha kökdür. London Santa Klaus məktəbinə mütləq kök namizədlər seçilir. 

Əsl santa da piyli, qarınlı olub. Bu da xeyli xəstəliklərə səbəb olur. Santa Klaus yağlı piroqlar və şirniyyatları yediyi üçün damarları da tutulur. Ona görə asta yeriyir, çox oturanda ayaqları uyuşur, qolları da ağrıyır.


Onurğa problemləri


Bu da təbiidir. Çünki Şaxta baba bir neçə həftə ağır hədiyyə torbalarını belində daşıyır, uşaqları qucağına götürür, bütün yayı isə yatır, oturur. Yaxşı olar ki, Şaxta babaya təkərli torba düzəlsin. 


Viruslara çox yoluxur


Hər yeni il şənliklərindən sonra şaxta babalar qrip olub yatağa düşür. Çünki iqlim dəyişirlər, yorulurlar, soyuq olur və adam arasında çox olduqlarından virus və infeksiyalara açıqdırlar. Onları heç peyvənd də etməyiblər. Amma şaxta babanın immuniteti güclüdür. Elə buna da ümid edərək o heç vaxt ümidini üzmür.


 


Depressiyadadır


Psixoloqlar deyir ki, cəmiyyətdən uzun müddət ayrı tək yaşamaq depressiyaya gətirib çıxarır. Yeni ildən sonrakı tənhalıq isə Şaxta baba və ya Santa Klausu qnom, elflər, marallarla danışmağa vadar edir. Bir dərdi var Şaxta babanın. Onu heç Qar qız da bilmir. 


Ona görə harda Şaxta baba gördüz, onunla mehriban olun, uşaqlarınız onu yormasın, ona araq, şərab yox, dadlı çay və ya kompot verin. Piroq, tort yox, dadlı salat və ya tərəvəzli yeməklərə qonaq edin. 

Ona dərdirinizi yükləməyin, əksinə bir az da onu dinləyin.

Şaxta baba hansı xəstəliklərdən əziyyət çəkir? –  Alimlər 5 xəstəlik tapdı- MARAQLI
Şaxta baba hansı xəstəliklərdən əziyyət çəkir? –  Alimlər 5 xəstəlik tapdı- MARAQLI