Şişkinliklə mübarizə aparan 10 qida – Əl –ayağı, gözaltı şişənlər üçün

  • 2019.08.01 16:53
  • 49649 Baxış
Şişkinliklə mübarizə aparan 10 qida –  Əl –ayağı, gözaltı şişənlər üçün
Bədəndə maye yığılması, şişkinliyin müxtəlif səbəbləri var: ürək-damar problemləri, artıq çəki, peşə, həyat tərzi, bir sıra xəstəliklər, bəzi dərmanların təsiri.

Oynaqlarda və bədəndə duz və maye çoxluğu da şişkinlik, ödem yaradır. 

Adətən şişkinlik ayaq, əllər, bilək, gözaltında tuluqlanma nəzərə çarpır.

Medicina.az  bədəndə ödemə qarşı 10 təbii vasitəni təqdim edir. Bunlardan bir neçəsini gündə qəbul erməklə, şişkinliyin qarşısını ala və mayeni bədəndən qova bilərsiz.

1.Cəfəri – təbii diuretikdir. Sidiyin miqdarını artırır və artıq mayeni bədəndən çıxarır.

2.Xiyar – 95% sudan ibarətdir. Yedikdə bədəndəki natriumu çıxarır.

3.Kərəviz – diuretikdir. Sidiyi artırır, mayeni qovur, bağırsaqlarda maye toplanmasının qarşısını alır

4.Banan – kaliy mənbəyidir. Bədəndə şişkinlik həm də kaliy az, natrium çox olanda olur. Banan isə kaliyi artırır.

5.Qarpız – çox miqdar su və kaliydən ibarətdir. Toxumalarda duz yığılmasının qarşısını alır

6.Soğan – istər qırmızı, istər sarısı, bədəndən artıq duzu çıxarır.

7.Kofe – kofein sidikqovucu təsir göstərir. Gündə 250 ml fasilələrlə içmək olar

8.Kartof - əgər qabıqlı halda, duzsuz bişirib yesəniz, şişkinliyi götürəcək

9.Karkade çayı – böyrəklərin filtrasiyasını aktivləşdirir, artıq maye bədəndən çıxır

10. İsti süd – natrium duzlarını azaldır, kalsium duzlarını artırır, bununla da ürək-damar fəaliyyətinə müsbət təsir edir, bundan qaynaqlanan şişkinlik çəkilib gedir