Türkiyədə son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı

  • 2020.11.12 21:26
  • 94993 Baxış
Türkiyədə son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 88 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.


Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 148 482 şübhəli koronavirus testindən keçib, onlardan 2841-nin cavabı pozitiv çıxıb, 2181 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 3230 nəfər olub.