Vitaminsizliyə qarşı hansı meyvəni çox yeməli?

  • 2022.04.25 15:43
  • 1885 Baxış
Vitaminsizliyə qarşı hansı meyvəni çox yeməli?

Ortomolekulyar tibb üzrə mütəxəssis Marina Kumerina yaz aylarında portağal yeməyin faydalı olduğunu bildirib. Mütəxəssisin fikrincə, mart və aprel ayları sitrus meyvələrini yemək üçün ən yaxşı vaxtdır.

Medicina.az xəbər verir ki, həkim eyni anda bir neçə vitaminlə zəngin meyvəni açıqlayıb:

“Portağal orqanizmdə immun sistemimizə cavabdeh olan, bizi zərərli virus və bakteriyalardan qoruyan A vitamininə çevrilən beta-karotinlə zəngindir. Bundan əlavə, portağalda çoxlu miqdarda C vitamini var ki, bu da orqanizmi qoruyur, həmçinin immun sistemimiz və kollagenin istehsalında, dərinin və selikli qişaların vəziyyətinin yaxşılaşdırılmasında iştirak edir”, - Kumerina bildirib.

Mütəxəssis vurğulayıb ki, B vitamini sinir sisteminə xüsusilə yaxşı təsir göstərir, petkin isə orqanizmi təmizləməyə kömək edir. Həmçinin təzə portağal fitonsidlər, antioksidantlar və bioflavonoidlərlə zəngindir ki, bu da əsas faydalarından əlavə, əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. Mütəxəssis məsləhət görür ki, portağal təzə və ya smuzi şəklində istifadə edilsin. Eyni zamanda şirələrdən imtina etmək daha yaxşıdır, çünki tərkibində lif yoxdur./publika.az