Mədə nevrozu – Səbəbi, əlamətləri

  • 01 Avqust, 2019
  • 10586 Baxış
Mədə nevrozu – Səbəbi, əlamətləri
Hazırda bir  çox insanlara diaqnoz olunan mədə nevrozu əslində ağlabatan diaqnoz kimi görünmür. Axı mədənin hissiyatı, beynimi var ki, nevroz da olsun. 

Hazırda digər mədə xəstəlikləri ilə qarışdırılan, çox rast gəlinən və köp, mədə üçün olan dərmanlarlar müalicə olunmayan mədə nevrozu nevroloji problemdir və nevroloqların sahəsibə daxildir.

Medicina.az mədə nevrozunun səbəb və əlamətlərini təqdim edir.

Mədə nevrozu dediyimiz kimi sıradan və mürəkkəb mədənin fizioloji xəstəlikləri ilə bənzərdir.

Əlamətləri:

-Epiqastral nahiyədə və qarında gəzən ağrı
-Mədədə ağırlıq hissi
-Köp,gəyirmə,turşulu hıçqırma
-Sanki yanğı hissinin olması
-Döş sümüyünün arxasında diskomfort, sıxıntının olması 
-     Qəbizlik və ya ishalın olması
-     Gecələr bu şikayətləri artması nəticəsində yuxusuzluq;

Sağlam adamda bu şikayətlər olmamalıdır. "Mədə nevrozu" dedikdə,"mədənin diskinetik tipli funksional dispepsiyası"nəzərdə tutulur.Bu xəstəlik stress, psixi -emosional gərginlik,əqli yorğunluq, uzun müddət düzgün qidalanmama nəticəsində inkişaf edir. Xəstə tünd çay,kofe qəbulu,siqaret çəkdikdən  sonra kəskinləşə bilər

 
MÜALİCƏSİ

Mədə nevrozu müalicəyə yaxşı tabe olur. İlk növbədə sinir sisteminin tipi müəyyən edilir. Fiziki və emosional gərginlik minimuma endirilir, pəhriz təyin olunur.Gündəlik pəhriz yeməklərinə pendir, kişmiş və quru meyvələr əlavə olunur: bu,sinir sisteminə müsbət təsir edir. Mədə nevrozunun terapiyasında dərman preparatları ilə yanaşı müalicəvi dərman bitkilərinin(nanə,çobanyastığı,və s.) dəmləmələrindən də geniş istifadə olunur.
Müalicəni qastroenteroloq və nevroloq birgə aparır.

Daha çox kişilərdə rast gəlinən bu problem hazırda gənclər arasında da yayılıb