Xüsusi karantin rejiminin müddəti yenə uzadıldı

  • 2026.03.16 12:27
  • 207 Baxış
Xüsusi karantin rejiminin müddəti  yenə uzadıldı

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Medicina.az -ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.

Bundan əvvəl bu müddət 2026-cı il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edib.