- Mətbəx streci ilə dəriyə necə təsir etmək olar?Yapon qadınların gözəllik sirri

  • 2019.03.08 10:26
  • 33447 Baxış
 - Mətbəx streci ilə dəriyə necə təsir etmək olar? Yapon qadınların gözəllik sirri
Mətbəx streci vasitəsilə cavanlaşdırıcı prosedurlar günü-gündən populyarlıq qazanır. Onun köməyi ilə üzə sauna-bürümə proseduru tətbiq edilir. Həmçinin də strecdən kosmetik vasitələrin təsirinin artması üçün də istifadə edilir. 


Medicina.az sizə yapon qadınlarının istifadə etdikləri ən təsirli cavanlaşdırıcı prosedurlardan birini təqdim edir: 


Yapon qadınları bütün dünyada gözəllikləri, təmiz və hamar dəriləri ilə tanınırlar. Onlar üzlərinə bahalı üz qulluq vasitələrindən əlavə, üz masajı, yaşlanma əleyhinə maskalar, cavanlaşdırıcı komplekslər və əsrlərdir mövcud olan xalq təbabəti reseptlərini də tətbiq edirlər. Maskalardan əlavə tətbiq olunan kiçik hiylələrdən biri də üzə mətbəx strecinin bağlanmasıdır. 


Medicina.az-ın xəbərinə görə, bu işin sirri ondadır ki, strec bağlandıqda üzün dərisi tərləməyə başlayır və nəticədə məsamələr açılır. Məsamələri açıq olan dəriyə isə tətbiq olunan maskalar dərinin daha dərin qatlarına gedir və kollagenin sintez olunmasına şərait yaradır. 


İstifadəsi: 


1.Üzünüzü və boynunuzu örtəcəq qədər strec kəsin


2.Stresin üzərində göz, ağız və burun üçün deşiklər açın


3.Üzünüzü lasyonla silin və sabunla yuyun


4.Streci üzünüzə möhkəm yapışdıraraq 15 dəqiqə saxlayın


5.Eyni formada başqa bir strec hazırlayaraq üzərinə qalın təbəqə ilə cavanlaşdırıcı maska çəkin


6.Üzünüzdəki streci çıxararaq salfetlə qurulayın 


7.Daha sonra maska çəkilmiş streci üzünüzə yapışdıraraq 15 dəqiqə saxlayın 


8.Sonda plyonkanı çıxararaq üzünüzü ilıq su ilə yuyun.


Arzu

Medicina.az