Xiyarın yaşlılara müsbət təsiri sübut olunub.
Medicina.az xəbər verir ki, diyetoloq Yevgeni Arzamastsevin sözlərinə görə, yaşlı insanlar tez-tez pəhriz və oturaq həyat tərzi ilə əlaqəli bağırsaq atoniyası və ya qəbizlik yaşayırlar.
Həkim qeyd edib ki, lif yeyilməsi bu problemlərin qarşısını almağa kömək edir. Xiyar (qabığı ilə yeyilsə) həzmi və peristaltikanı stimullaşdıran əla lif mənbəyidir.
Arzamastsev bildirib ki, xiyar bədəni su ilə təmin edir və bu, yaşlı insanların kifayət qədər miqdarda istehlak etməsi üçün vacibdir. Kifayət qədər su qəbulu təhlükəli qan qatılaşmasının qarşısını alır.
"Hər yaşlı insan kifayət qədər maye içmir. Xiyar susuzluqla da mübarizə aparmağa kömək edir".
Aygün Musayeva