Kişi beynindəki qurdla 30 il yaşadı – FOTO

  • 2019.08.23 16:45
  • 4215 Baxış
Kişi beynindəki qurdla 30 il yaşadı – FOTO

59 yaşlı kişi 30 ildir baş ağrısı ilə yaşayırdı. Şiddətli ağrılar onu həkimə müraciət etməyə vadar edib. MRT müayinəsində şok nəticə hər kəsi təəcübləndirib. Sən demə, adam illərdi beynindəki uzun bir parazitlə yaşayırmış. Pasiyent təcili olaraq əməliyyata qaldırılıb.

 

 

Medicina.az xəbər verir ki, Çində kişinin beynindən 10 sm. uzunluğunda qurd çıxarılıb. Həkimlərin sözlərinə görə, parazit xəstənin orqanizminə,  içdiyi su ilə keçib, daha sonra beynində yerləşib

 

 Pasiyent beynində qurd olduğu illər ərzində tez-tez bayılır, dözülməz ağrılar çəkirmiş. Hətta ona 1989-cu ilə epilepsiya diaqnozu qoyulub. "Xəstəliyinə” uyğun dərmanlar qəbul etsə də bayılmalar dayanmayıb. Yalnız 30 il keçdikdən sonra dərdinin səbəbi tapılıb.

Ayna Məmmədova

Medicina.az