Rusiyanın ən yaşlı sakini öldü - 123 yaşında

  • 11 May, 2019
  • 5175 Baxış
Rusiyanın ən yaşlı sakini öldü - 123 yaşında


Rusiyanın ən yaşlı sakini vəfat edib.


Medicina.az xəbər verir ki, İnquşetiyadan olan Appaz İliyev 123 yaşında ölüb.
 
Məlumatı İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov İnstaqram hesabında paylaşıb. İquşetiya rəhbəri Yunus-Bek Yevkurov İliyevin dəyişən nəsil və dövrlərdə yaşadığını bildirib:
 
 
"O, 8 övlad, 35 nəvə və 20-dən çox nəticə sahibi idi. Şəxsən görüş zamanı onun mehriban, həyatı sevən qoca olduğuna əmin oldum”.