Oruclu halda öpüşmək olarmı? – İlahiyyatçı alimdən vacib AÇIQLAMA

  • 2019.05.10 18:04
  • 62386 Baxış
Oruclu halda öpüşmək olarmı? –  İlahiyyatçı alimdən vacib AÇIQLAMA
Ramazan ayı ərəfəsində orucu batil edən məqamlar barədə insanların ən çox maraqlandığı suallardan biri də öpüşlə bağlıdır. İstənilən bir şəxsi öpmək və ya öpüşmək orucu batil edirmi?


Türkiyəli ilahiyyatçı alim Nihat Hatipoğlu mövzu ilə bağlı suallara cavablandırıb.


Medicina.az professorun açıqlamasını təqdim edir:


-Hansı halda öpüşmək orucu pozur?


-Həyat yoldaşınızın yanağından öpmək, əzizləmək, qucaqlaşmaq  olar. Bunlar ən təbii hisslərdir. Heç bir problemi yoxdur. Hz.Peyğəmbərin də buna icazə verdiyini bilirik. Ən vacibi isə əndazəni aşmamaqdır.


Orucu nələr pozmur?


1- Oruclu olduğunu unudaraq yeyib, içmək

2- Qeyri-ixtiyari mədədən ağıza su gəlməsi

3-  Oksigen balonu ilə dərmansız süni hava almaq

4-  Qusmaq 

6-  Göz linzası və göz dərmanı istifadə etmək

8- Yuxudayəkən qeyri-ixtiyari boşalma 

10- Diş oyuğuna dərman qoymaq

 11- Ətir sitifadə etmək, iyləmək

12- Morfisiz, iynəsiz diş çəkdirmək

13- Udmadan yeməyin dadına baxmaq

14- Diş arasında qalan kiçik yemək qırıntıları udmaq.


15-Qan vermək

16-Qulağa su getməsi

17- Çimmək, yəni qüsl almaq.

18- Çatlaq dodağa və yaxud ələ krem çəkmək

19- Qaş aldırmaq, bığ kəsdmək, təraş olmaq, epilyasiya olunmaq orucu pozmaz.

20- Ağrıkəsici, sakitləşdirici və bu kimi iynələr vurmaq orucu pozmur. Bədəni qüvvətləndirən iynə və sistem orucu pozur.


Orucu batil edən əməllər


1- Cinsi əlaqə. Bu orucu pozan ən böyük günahdır. Kəffarəsi — ardıcıl 60 gün oruc tutmalıdır, əgər bunu da bacarmasa altmış kasıbı yedirtməlidir. 


2- Masturbasiya (istimna).


3 -Heyz. Günün istənilən vaxtında heyz başlayarsa, qadının orucu pozular.


4- Qusmaq. Lakin qeyri-ixtiyari olaraq qusmaq orucu pozmaz.


5- İmalə (klizma)

 

 


 

Ayna Məmmədova

Medicina.az

Oruclu halda öpüşmək olarmı? –  İlahiyyatçı alimdən vacib AÇIQLAMA
Oruclu halda öpüşmək olarmı? –  İlahiyyatçı alimdən vacib AÇIQLAMA
Oruclu halda öpüşmək olarmı? –  İlahiyyatçı alimdən vacib AÇIQLAMA