Üzündə nəhəng şiş yaranmış kişini Türkiyədə belə müalicə edirlər – Həkimindən Açıqlama – VİDEO

  • 20 May, 2019
  • 25313 Baxış
Üzündə nəhəng şiş yaranmış kişini Türkiyədə belə müalicə edirlər – Həkimindən Açıqlama – VİDEO
Ağdaş sakini 40 yaşlı Ramin Məmmədov üzündə yaranmış iri törəmə ilə gündəmə gəlmişdi. Səhv müalicə və əməliyyatlardan sonra üzünün tanınmaz hala düşdüyünü deyən, gözü deformasiya olan, buna görə, övladlarının və insanların qarşısına çıxa bilməyən kişi çarəsiz halda kömək istədi. 

Azərbaycanlı milyarder Mübariz Mənsimovun yardımı ilə Türkiyəyə müalicəyə göndərilən Ramin Məmmədov məşhur LİV hospitalda müalicələrinə başlayıb.

Medicina.az LİV hospitalda Ramini müalicə edən həkimin açıqlamasını təqdim edir. 

Prof.dr.onkoloq Duyğu Derin xəstədə 6 aydır başlayan və üzün sol hissəsində sürətlə çoxalan törəmə təsbit edildiyini bildirdi:

"Kimyaterapiyalar sayəsində şiş kiçilir, artıq göz qapağı bağlanır, ağrıları azalıb. Xəstə hər keçən gün daha rahat yatdığını, nəfəsalmasının düzəldiyini deyir.

Şiş bir az da kiçildikdən sonra cərrahlarla  birgə əməliyyat, ya da  radioterapiya ilə birgə əməliyyat qərarı veriləcək. Ramin bəyin sağalması üçün ən müasir metodları sınayırıq”.