Qəzaya düşənlər paytaxta gətirlidi

  • 2019.07.22 12:13
  • 7340 Baxış
 Qəzaya düşənlər paytaxta gətirlidi
Bu gün səhər Bakı-Şamaxı yolunda ağır qəza baş verib. Medicina.az-ın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində qeydə alınıb. Ağır yol qəzasında iki nəfər xəsarət alıb, bir nəfər isə hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası xəsarət alanlardan birinə qəza yerində ilkin tibbi yardım göstərib və ambulator müalicəyə yola salıblar. Digər yaralı, 1980-cı il təvəllüdlü Məhərrəmov Adil Cahid oğlu isə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Mərkəzdən bildiriblər ki, yaralanan şəxs hazırda rentgen müayinəsindədir və vəziyyəti stabildir.