Uşağı hansı havada necə geyindirməli: temperaturlara görə geyim məsləhətləri - Bütün anaların işinə yarayacaq

  • 08 Yanvar, 2019
  • 6646 Baxış
Uşağı hansı havada necə geyindirməli: temperaturlara görə geyim məsləhətləri - Bütün anaların işinə yarayacaq

Yeni analar bəzən uşağı necə geyindirməli olduqlarını bilmirlər. Bu səbəbdən də evdən çıxarkən uşaq çantasını lazımsız əşyalarla doldururlar. "Birdən üşüyər, birdən tərləyər” deyə-deyə uşağı lazımsız qədər çox geyindirirlər, bəzən isə əksinə. 

Medicina.az anaları bu dərddən xilas etmək üçün hansı havada uşağı necə geyindirməli olduğunuza dair mütəxəssis rəyləri öyrənib. 

30-25 dərəcə: bu istilikdə körpənizə bezin üstündən şort və qısa qol mayka geyindirə bilərsiniz. Unutmayın ki, açıq rənglər tünd rənglərə nisbətən uşağı daha sərin saxlayacaq.
 
15-20 dərəcə: bu cür havada uşağa qısa qol bir mayka ilə şalvar və corab geyindirsəniz yaxşı olar. Çölə çıxarkən isə ona uzun qollu köynək geyindirin. Əgər körpə tərləyərsə, bu zaman üst köynəyi çıxarın.
 
10-15 dərəcə: uşağa uzun qollu köynək və corab geyindirdikdən sonra üstündən şalvar, jaket geyindirin. Havaya çıxarkən isə başına papaq qoymalısınız. Yaddan çıxarmayın ki, övladınız sizdən ən azı 1 qat çox geyinməlidir. 

5-10 dərəcə: uzun qollu bir köynək, corabın üzərindən uşağa şalvar və jaket geyindirin. Bayıra çıxdıqda isə qalın gödəkçə geyindirin, papaq və əlcək taxın. Əgər uşaq arabasının üstündən ədyal sərirsinizsə, bunun artıq bir qat olduğunu və uşağı tərlədə biləcəyini unutmayın. 

0-5 dərəcə: uşağa uzun qollu köynək, corabın üstündən qalın jaket və şalvar geyindirin. Havaya çıxararkən isə qalın qış gödəkçəsi, papaq, çəkmə və əlcək geyindirməyi unutmayın.

Arzu
Medicina.az