Osteoporozu ciddiyə alıb, qorunmaq lazımdır- Fərqli terapiya

  • 2020.07.24 19:00
  • 3698 Baxış
Osteoporozu ciddiyə alıb, qorunmaq lazımdır - Fərqli terapiya

ÜST –ün məlumatına görə osteoporoz 10 ən çox yayılmış xəstəliklər siyahısına daxildir. Osteoporoz, sümüklərdə əriməyi və daha doğrusu, sümük toxumasının sıxlığının azalmasını göstərir.


Osteoporoz sümüklərin "kütləsinin azalması" deməkdir; Osteo (sümük) və poroz (dəlikli) sözlərinin birləşməsindən ibarətdir.

Osteoporozun əsasən 2 növü var:

• Standart-menopauza zamanı yaranan (estrogen azalması ilə bağlı).
• Senil osteoporoz- əsasən 75 yaşdan sonra başlayır. İnsan qaçanda, gəzəndə, tullananda sümüyün daxilində təzyiq artır və osteoblastların aktivliyi artır.

Bu zaman sümüyün sıxlığı, möhkəmliyi artır. Yəni insan (əsasən,yaşlandıqca) fiziki aktivliyini azaldanda; gəzmir, qaçmır və osteoblastlar aktivləşmir və sümük sıxlığı azalır və osteoporoz əmələ gəlir. Eyni zamanda çəkisizlik şəraitində işləyənlərdə də yaşlılarda olduğu kimi osteoporoz əmələ gəlir. Onların da sümükləri təzyiq hiss etmir və osteoblast aktivləşmir.

Osteoporoz- xüsusən kalsiumun sümükdən çıxarıldığı zaman meydana gəlir. Sümük sıxlığı azaldıqca sümük kövrəkliyi də artır.


Beləliklə, osteoporozun yaranmasında müxtəlif səbəblərdən kalsium mübadiləsinin balansının pozulması mühüm rol oynayır. Bu mineral (vit D ilə birlikdə) orqanizmdə başlıca “tikinti materialı” hesab olunur.

Kalsium-həyatın birinci günündən qocalana qədər orqanizmə lazımdır. Onun defisiti və ya sümüklərdən qana çıxması sümüklərin möhkəmliyinin itirilməsinə və osteoporozun inkişafına səbəb olur.

Bu xəstəliyin əvvəlcədən kimdə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ancaq xəstəliyin inkişaf riski aşağıdakı hallarda artır.


• 45 –dən aşağı yaşda təbii və ya cərrahi menopauza (yumurtalıqları çıxarmaq üçün əməliyyat)
• Qadın cinsi (Osteoporoz 50 yaşdan yuxarı qadın orqanizmində hormonal yenidənqurma ilə bağlı olaraq daha tez-tez baş verir. )
• Qocalıq

• Ailədə osteoporotik sınıqların olması (xüsusilə anada bud sınığı)
• Revmatoid artrit və ya astmanın olması

• Osteoporozu sürətləndirən dərmanların istifadəsi (kortizon, epilepsiya dərmanları, heparin və s.)
• Kalsiumdan kasad qida rasionu, D vitamini çatışmazlığı

• Kalsium mübadiləsinin pozulması asidozla da six bağlıdır. Turş mühit kalsium ilə zəngin möhkəm toxumanı parçalayır. Asidoz əsasən bizim qidamızla əlaqədardır. Belə ki, qidamızın 80% -i metabolik prosesdə turşu əmələ gətirir: ət, ağ un məmulatı, şirniyyat, kofe. Qələviliyi artıran qidalar qidamızın 20 % - ni təşkil edir: meyvə-tərəvəz, göyərti və s. Bu cür qidalanma asidoza səbəb olur.

• Yaşlandıqca böyrəklərin, qaraciyərin funksiyası zəifləyir, buna görə də turş məhsulların toxumalarda toplanması baş verir. Bu zaman toxumadakı turşuluğun neytrallaşması üçün kalsium sümükdən qana keçir.

• Siqaret, alkoqol istifadəsi
• Daimi idman vərdişlərinin olmaması

• Kişilərdə testosteron səviyyəsinin aşağı olması (Baxmayaraq ki, osteoporoz qadınların problemi hesab olunur (endokrin dəyişikliklərlə bağlı), yaşı 65-dən yuxarı olan kişilərin 15%- də də bu problemə rast gəlinir).
• Uzun müddətli yataq rejimi

• Xroniki böyrək çatışmazlığı
• Malabsorbsiyaya səbəb olan mədə-bağırsaq sistemi problemləri

• Qalxanabənzər vəzin problemi
• Hiperparatiroidizm (paratiroid hormonunun həddindən artıq ifraz olunması) və s.



Osteoporoz zamanı hansı simptomlar olur?

Əslində, osteoporozun başlanğıcında xəstədə heç bir şikayət olmur. Ancaq xəstəlik irəlilədikcə sümük toxumasının sıxlığı azaldıqca sümüklərdə yayılmış ağrı yaranır.

Sonrakı mərhələlərdə osteoporozun ağırlaşması baş qaldırır- bu sınıqlardır. Ekspertlərin məlumatına görə hər 2,5 dəqiqədən bir osteoporozla bağlı sınıqlar müşahidə edilir.

50 yaşdan yuxarı hər 8 nəfərdən 1-də osteoporoz səbəbi ilə yaranan onurğa sınıqları inkişaf edir və bu nisbət yaş artdıqca artır. Qalça sınığına 70 yaşdan yuxarı hər 3 qadından və 9 kişidən 1-də rast gəlinir.


Osteoporozda bud başının sınığı çox tez-tez baş verir. Budun başı qırıldıqda cətin sağalır. Cərrahi əməliyyat tələb edir.

Bundan sonra trombemboliya riski artır. Əməliyyat edilmədikdə isə çox vaxt pasient yataqda qalır: bu isə qəbizlik, yataq yarası, aspirasion pnevmoniya və daha ağır nəticələrə səbəb olur. Osteoporotik sınıqlar kimi təyin olunan digər sınıqlar; bilək, bel və oma sınıqlarıdır . Sınıqlar insanın fiziki, psixoloji və sosial vəziyyətinə və sağlamlığı ilə əlaqəli həyat keyfiyyətinə mənfi təsir göstərir.



Osteoporozda sümük sıxlığı necə ölçülür?

Sümüyün mineral sıxlığını qiymətləndirmək üçün sümük densitometriyası aparılır. Bu ölçmələrdə sümük itkisi varsa, sümük itkisinin qarşısını alan müalicə tətbiq olunmalıdır.
Osteoporozun inkişaf etdiyi hallarda erkən başlanan müalicə effektiv olur.

Osteoporoz bu gün müalicə edilə bilən bir xəstəlikdir. Osteoporoz müalicəsinin ən vacib məqsədi sınıqları azaltmaqdır.

Dərman müalicəsi seçimində xəstənin yaşı, yanaşı xəstəlikləri, sınıqların olması kimi xüsusiyyətlər nəzərə alınmalıdır.

Müalicədə bifosfonatlar, kalsium və D vitamini, kalsitonin və s.istifadə olunur. Dərman müalicəsindən başqa aşağıdakılara nəzarət edilir:

• Düzgün qidalanma
• Sümük sağlamlığına mənfi təsir edə biləcək qidalar, vərdişlər və dərmanlardan uzaq olmaq;
• Fiziki fəaliyyətə dəstək olmaq (yaşa uyğun olaraq)
• Yıxılmanın qarşısını almaq;


Yıxılmamaq üçün ...

Yaşlandıqca yıxılmaq və çanağı qırmaq riskini artıran bir sıra dəyişikliklərə rast gəlinir. Bunlara əzələ zəifliyi, görmə qabiliyyəti və başgicəllənmə səbəb ola bilər.


Osteoporoz nəticəsində incəlmiş sümük bir az gərginlik nəticəsində də qırıla bilər. Buna görə yıxılma riskini azaltmaq dərman kimi vacibdir. Yıxılmadan qorunmaq üçün tövsiyələr:

• Əzələ gücünüzü artıran məşqlər etmək, sürüşməyən, alçaq dabanlı ayaqqabı geyinmək
• Mütəmadi göz müayinələri, ehtiyac olarsa eynək taxmaqla görmə qabiliyyətini yaxşılaşdırmaq
• Başgicəlləməsini aradan qaldırmaq və s.

Yıxılma riskini azaltmaq üçün evdə də bir çox tədbirlər görməyiniz lazımdır: xüsusən işıqlandırmanın normal olması və sərbəst hərəkətiniz üçün maneənin olmaması(məsələn, kiçik sürüşən xalça, kabel və s.)

Bütün xəstəliklərdə olduğu kimi osteoporozda da xəstəliyin qarşısının alınması , profilaktika əsas məqsəd olmalıdır.


Sonrakı həyatınızdakı itkini minimuma endirmək üçün, 35 yaşa qədər mümkün qədər ən yüksək sümük kütləsinə sahib ola biləcək tədbirlər görülməlidir. Kifayət qədər güclü bir sümük kütləsi varsa, irəli yaşlarda itkini az problemlə aradan qaldıra bilərik.

Sümük kütləsi genetik amillərdən asılı olaraq dəyişə bilsə də, həyat tərzimizi ağıllı bir şəkildə tənzimləməklə:


• Düzgün qidalanma
• Fiziki aktivlik
• Günəş vannaları
• Xroniki xəstəliklərin müalicəsi
• Kalsium qəbulu

 təbii qida vasitəsilə (məs. süd məhsulları, küncüt, badam, fındıq, balıq, ispanaq,kələm və s. kalsiumla zəngindir)

 və ya tablet şəklində (Ca–un tək çatışmazlığı deyil, artıqlığı da orqanizmdə patoloji dəyişikliyə gətirir; hüceyrələrin fizioloji aktivliyini zəiflədir, sinir sisteminin oyanıqlığını azaldır, iştahanın azalmasına, qəbizliyə, ürəkdə dəyişikliyə, sidik daşı xəstəliyinin yaranmasına səbəb olur. Məhz bu səbəbdən kalsium əlavələrinin nəzarətsiz qəbulu məqsədəuyğun deyil.

Özünü müalicə ilə məşğul olmayıb, həkim nəzarəti altında olmaq və kalsiumu orqanizmə lazım olan miqdarda qəbul etmək vacibdir ) və s. ilə osteoporozu yavaşlada bilərik.


Biotənzimləyici preparatlar olan Calcoheel və Osteoheel isə kalsiumun tənzimlənməsini, bağırsaqlardan mükəmməl sorulma və mübadiləsini təmin edir; sümük toxumasının destruksiyasının qarşısını alır, sümük və sümüküstlüyünün regenerasiyasını sürətləndirir, Ca-F mübadiləsini normallaşdırır; yan təsirləri yoxdur, orqanizmdə toplanmır.